26 May 2022 13:47
478
CƏMİYYƏT
A- A+

AQTİ ilə Latviyanın Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu arasında yeni əməkdaşlıq istiqamətləri müəyyən olunub  

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Latviya Respublikasının Qida təhlükəsizliyi, Heyvan sağlamlığı və Ətraf mühit İnstitutu (BIOR) arasında anlaşma memorandumu imzalanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, memorandumda tərəflər arasında əməkdaşlığın bir çox istiqamətləri öz əksini tapıb. Buraya ət, süd və balıq müəssisələrində istehsalın bütün mərhələlərində laboratoriya müayinələrinin aparılması üçün mütəxəsiss hazırlığı, heyvanların təhlükəli xəstəliklərinin və qida infeksiyalarının elmi-risk qiymətləndirilməsi, yoluxucu xəstəliklərin sürətli diaqnostikası kimi məsələlər daxildir.

Sənəd, həmçinin rezistent mikroorqanizmlərin serotipləndirilməsi və sekvenasiyası, metodlar və müayinələr üzrə təcrübə mübadiləsi, eləcə də mikroorqanizmlərin genetik xüsusiyyətlərinin öyrənilməsi kimi əməkdaşlıq istiqamətlərini də əhatə edir.

Bundan əlavə, tərəflər mikrob kolleksiyasında mikroorqanizmlərin uzunmüddətli saxlanma şəraitinin öyrənilməsi, metodların validasiyası və verifikasiyası üzrə bilik mübadiləsi, qida və heyvan xəstəlikləri risk qiymətləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə də əməkdaşlıq edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video