"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədilə qərara alıram:
1. "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra - "Aqrarkredit" QSC) aşağıdakı müəssisələri və balansında olan obyektlər (bundan sonra - müəssisə və obyektlər) özəlləşdirilməyə açıq elan edilsin:
1.1. bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;
1.2. siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "Aqrarkredit" QSC ilə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə).
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:
2.1. özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın (bundan sonra - Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;
2.2. özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. "Aqrarkredit" QSC ilə təhvil-təslim işlərini başa çatdırdıqdan sonra müəssisə və obyektlərin idarə edilməsini və əmlakının qorunub saxlanılmasını təmin etsin;
4.2. müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirsin;
4.3. özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
4.4. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. "Aqrarkredit" QSC:
5.1. bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsini və təhvil-təslim işlərinin aparılmasını üç ay müddətində təmin etsin;
5.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
6.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən müəssisə və obyektlərin balans dəyəri məbləğində "Aqrarkredit" QSC-nin onun qarşısında olan öhdəliyinə xitam versin;
6.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransada beş miqrant həlak olub
23 Aprel
Vladimir Putinin andiçmə mərasiminin tarixi məlum olub
23 Aprel
Ukraynanın itkiləri 500 minə çatıb - Şoyqudan AÇIQLAMA
23 Aprel
İran İsrailə görə Avropaya səsləndi
23 Aprel
"Şeytanın kometası" sürətlə planetimizə yaxınlaşır
23 Aprel
Ən böyük qara dəlik aşkar edilib
23 Aprel
“Nothing” yeni smartfonunu təqdim edəcək
23 Aprel
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilməri...
23 Aprel
Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə...
23 Aprel
Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!