25 Iyun 2022 02:41
521
Elm və texnika
A- A+

"Apple"dan yeni prosessor

 

"Apple" kompüterlər üçün nəzərdə tutulmuş fərdi "M1" prosessorunun təqdimatından 2 il sonra "M2" prosessorunu təqdim edib. Yeni prosessor ikinci nəsil 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və bu səbəbdən də onun performansında diqqət çəkəcək səviyyədə yüksəliş var.

"M2"-yə 20 milyard tranzistor daxildir. Bu isə öncəkindən 20 faiz daha çoxdur. "M2" də 8 nüvədən ibarətdir. Onlardan 4-ü yüksək performanslı (Firestrom), digər 4-ü isə enerji effektivliyi (Icestorm) nüvəsidir. Lakin "M2"yə inteqrasiya edilmiş qrafik çip 8 nüvə əvəzinə 10 nüvəyə malikdir. Bu isə öz növbəsində prosessorun qrafik çip performansını 35 faiz yüksəldib. Yeni prosessorun hesablama gücündən danışdıqda qeyd etmək lazımdır ki, onun performansı "M1" ilə müqayisədə 18 faiz yüksəlib. Prosessorun məlumatları ötürmə qabiliyyətinin sürəti də yüksəldilib. Bu göstərici saniyədə 100 GB və ya öncəkindən 50 faiz çoxdur. "M2" prosessorunu əldə etmiş ilk notbuklar 13.6 düym ekranlı yeni "MacBook Air" və 13 düym ekranlı "MacBook Pro" modelləridir.

"MacBook Air" yeni prosessoru ilə yanaşı, naqilsiz "MagSafe" şarj texnologiyasını, 2 ədəd "USB Type-C" girişini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş ənənəvi 3.5 millimetrlik audiogirişi də əldə edib. Yeni "MacBook Air"in qalınlığı cəmi 11 millimetr, çəkisi isə 1.22 kiloqramdır. Nazik çərçivələr hesabına yeni notbukun ekran ölçüsü bir qədər böyüyüb. Ekranın yuxarı hissəsində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı var. Notbukda passiv soyutma sistemi də reallaşdırılıb, başqa sözlə, soyutma pərləri yoxdur.

Notbuk həmçinin "Magic Keyboard" klaviaturasına sahibdir və yandırıb-söndürmə düyməsinə "Touch ID" texnologiyası inteqrasiya edilib. Yeni "MacBook Air" sürətli şarj texnologiyasının dəstəyi sayəsində bir dəfə şarj olunandan sonra 18 saat fasiləsiz işləyir. Həm də o, bunun hesabına 50 faiz enerjini 30 dəqiqəyə yığa bilir. "MacBook Air 2022"-yə 4 ədəd səsgücləndirici inteqrasiya edilib.

"MacBook Pro 2022" xarici görünüşcə 2020-ci ildə satışa çıxmış "M1" prosessorlu "MacBook Pro"dan fərqlənmir. Hətta yeni təqdim edilmiş "MacBook Pro"da sensorlu "Touch Bar" paneli də olduğu kimi qalıb. Əsas dəyişiklik texniki özəlliklərlə bağlıdır. Belə ki, onun batareyası bir dəfə şarj olunandan sonra 20 saat çalışır. Bundan əlavə, onun soyutma üçün nəzərdə tutulmuş bir ədəd pəri var.

Yeni məhsullar iyulda satışa çıxarılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video