15 May 2022 01:48
551
DÜNYA
A- A+

Anomal istilər Asiyanı çənginə alır

 

Bir müddət əvvəl Dünya Meteorologiya Təşkilatının alimləri antropogen iqlim dəyişikliyi səbəbindən Yer kürəsində istilik dalğalarının daha da gücləndiyini bildirmidilər. Qeyd edilmişdi ki, yaxın 5 ilin müşahidələrinə əsasən, dünyada anomal istilər getdikcə daha da güclənəcək. Bu proses artıq Asiyada, xüsusilə Hindistanda və Pakistanda özünü büruzə verməyə başlayıb.

Bu günlərdə Pakistan meteoroloqların iqlim dəyişikliyi ilə əlaqələndirdiyi rekord isti hava dalğasını yaşayır. Yaxın günlərdə vəziyyətin daha da ağırlaşacağı, havanın temperaturunun 50 dərəcəyə çatacağı gözlənilir.

Ölkənin iqtisadi paytaxtı olan Kəraçidə əhali və şəhərin memarlığı belə anomaliyalara uyğunlaşdırılmayıb. Yerli sakinlər bacardıqca sərin sudan istifadə etməyə çalışır.

Meteoroloqların dediyinə görə, istilik indeksi nisbi rütubətlə birlikdə kəskin yüksələndə ölüm riski yaranır. Havanın temperaturu 40 dərəcəni keçdikdə, xüsusən də 43 və ya 44 dərəcəyə qalxdıqda, üstəlik rütubət 50-60 faiz təşkil etdikdə istilik indeksi yüksəlir və ölümlərə səbəb olur.

Bu günlərdə isə Yuxarı Sind, Cənubi və Mərkəzi Pəncabda çox isti günlər keçir. Bəzi yerlərdə temperatur selsi ilə 45-48 dərəcədir. Yaxın günlərdə hətta 50 dərəcəyə çata bilər.

Kəraçidə ekoloqlar istilərin təsirini azaltmaq üçün daha çox parklar yaratmağa çağırırlar. Mütəxəssislər hesab edir ki, bütün şəhərlərdə təkcə meşə sahələri deyil, həm də su-bataqlıq əraziləri olmalıdır. Ətraf mühiti sərinləşdirəcək və ekologiyanı yaxşılaşdıracaq bataqlıqlar, kiçik göllər və süni su anbarları yaratmaq çətin deyil. Bu, isti hava dalğalarının qarşısını almaq üçün hələ ki, yeganə yoldur.

Temperaturun kəskin artması buzlaq göllərinin əriməsi ilə bağlı narahatlığı artırır. Bu günlərdə buzlağın əriməsi nəticəsində yaranan daşqınlar zamanı ölkənin Qaraqoram şosesi üzərində yerləşən ən əhəmiyyətli körpülərindən biri dağılıb.

Bundan əvvəl isə Hindistanın 28 ştatından 15-də həyəcanverici vəziyyət müşahidə olunub. Dehlidə havanın temperaturu 45 dərəcəyə yüksəlib ki, bu da normadan 6 dərəcə çoxdur.

Ölkədə istilər səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bir çox evdə kondisioner və havalandırma sistemləri gecə-gündüz işləyir ki, bu da şəbəkələrdəki yükü kəskin şəkildə artırıb.

Dünən Hindistan Meteoroloji Departamenti Dehli milli paytaxt dairəsində (Yeni Dehli də daxil olmaqla) narıncı həyəcan siqnalı verib. Ölkənin paytaxtının bəzi ərazilərində maksimal temperaturun selsi üzrə 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Hindistanın şimalında istilik dalğası mart ayında başlayıb, mayın əvvəlində qısa müddətə azalıb, lakin ötən həftədən Yeni Dehlini yenidən istilik dalğası bürüyüb. Meteoroloqların məlumatına görə, Nəcəfqarh bölgəsindəki  meteostansiya 46,1 dərəcə, Cəfərpur və Məngəşpurdakı meteostansiyalar müvafiq olaraq 45,6 dərəcə temperatur qeyd edib.

Keçən həftə Hindistanın Maharaştra ştatında 25 nəfərin isti havadan həlak olduğu bildirilib. Lakin bu ştatda ümumi qurbanların sayının əhəmiyyətli dərəcədə yüksək olacağı gözlənilir.

Bundan əlavə, istilər məhsulları, xüsusən də buğdanı məhv edir. İqtisadçılar belə şəraitdə koronavirus pandemiyasından sonra gözlənilən iqtisadi bərpanın təhlükə altında olacağından narahatdırlar.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video