22 Iyun 2022 03:52
429
DÜNYA
A- A+

Ankaranın mövqeyi dəyişməzdir

 

İsveç və Finlandiya Madrid sammitində NATO-ya qoşulmayacaq

 

Türkiyə, İsveç və Finlandiya liderləri Madriddə keçiriləcək sammitədək konsensusa gələ bilməyəcəklər. Bu barədə Ankara və Stokholmdakı mənbələrə istinadən  aparıcı kütləvi-informasiya vasitələri xəbər verir.

Son məlumatlara görə, dünən Ankaranın İsveç və Finlandiya ilə Brüsseldə keçirilmiş danışıqlarının növbəti raundu müəyyən irəliləyiş əldə etməyə imkan verib, lakin bütün fikir ayrılıqlarını hələ aradan qaldırmayıb.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində alyansa namizəd ölkələrin Suriyadakı terrorçu kürd birləşmələrinə dəstəyini, o cümlədən silah-sursatla təminat verdiyini sübuta yetirən sənədləri təqdim etməyə hazırlaşır.

R.T.Ərdoğan Skandinaviya ölkələrini terrorçular üçün "inkubator" hesab edir və onun dediyinə görə, İsveç PKK-nın evinə çevrilib. Türkiyə hakimiyyəti haqlı olaraq  Helsinki və Stokholmdan PKK üzvlərini onlara təslim etməyi və ərazilərində onlarla əlaqəli bütün strukturları bağlamağı tələb edir.

 

Helsinki terrorçuları Türkiyəyə təhvil verməyib

 

STT agentliyinin xəbərinə görə, Türkiyə 2019-cu ildən bəri Finlandiyaya ekstradisiya ilə bağlı 10 sorğu göndərib, lakin Helsinki yalnız iki nəfərin ekstradisiyasına razılıq verib. Həmin şəxslərin isə FETÖ və ya PKK ilə əlaqəsi olmayıb.

Finlandiyanın "İlta Sanomat" qəzeti yazır ki, Helsinki terrorçu kimi tanınan FETÖ və ya PKK ilə əlaqəli olan şəxslərin Türkiyəyə ekstradisiyasına razılıq verməyib.

Ümumilikdə, iyunun əvvəlinə qədər Helsinki 2019-cu ildən Ankaranın ekstradisiya ilə bağlı göndərdiyi on sorğudan yeddisi ilə bağlı qərar qəbul edib.

 

5 saat davam edən danışıqlar

 

Finlandiya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Petri Hakkaraynenin dediyinə görə, Brüsseldə Ankara, Helsinki və Stokholm nümayəndələri arasında danışıqlar  5 saata yaxın davam edib. Ölkələr bəzi məsələlərdə razılığa gəliblər, digərləri üzrə isə müzakirələr davam edəcək.

Öz növbəsində Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın hadisələrin gələcək inkişafının İsveç və Finlandiyanın hərəkətlərindən asılı olacağını vurğulayıb.

Bundan əvvəl güman olunurdu ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün mayın 18-də təqdim etdiyi müraciətlər iyunun 29-30-na planlaşdırılan Madrid sammitində təsdiqlənəcək. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, qarşıdan gələn tədbir iki ölkənin alyansa qoşulması üçün son tarix olmayacaq.

 

Türkiyənin mövqeyinə ciddi münasibət göstərilməlidir

 

Stoltenberq jurnalistin NATO-nun Türkiyənin bu iki ölkənin zirvə görüşündə qəbulu ilə bağlı etirazlarını aradan qaldıra billəcəyi ilə bağlı sualına cavabında deyib ki, Madriddə iki ölkənin alyansa üzvlüyü ilə bağlı yekun qərar verilməyəcək. Şimali Atlantika Alyansının başçısı Ankaranın narahatlığının tamamilə qanuni olduğunu və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı mövqeyinə ciddi münasibət göstərilməsinin vacibliyini vurğulayıb.

Ankara danışıqlara razılıq verməzdən əvvəl PKK-nın terrorçu fəaliyyəti ilə əlaqədar Helsinki və Stokholmdan "konkret təkliflər" tələb edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bildirib ki, Türkiyə hər iki ölkənin Şimali Atlantika Alyansına üzvlüyünə münasibətini bu ölkələr terrorizmlə mübarizədə "aydın, konkret və qətiyyətli addımlar" atmayınca dəyişməyəcək. Bundan əvvəl isə Türkiyə lideri artıq İsveç və Finlandiyanı alyansa qoşulmaq üçün NATO ilə danışıqlara vaxt itirməməyə çağırıb.

Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq barədə qərarlarını Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra elan etmişdilər.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video