28 Iyun 2022 12:43
366
CƏMİYYƏT
A- A+

ANAMA minaaxtaranları üçün Zəngilanda yeni mobil sahə düşərgəsinin açılışı olub

Ölkə başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən müvafiq fəaliyyət həyata keçirilir.

ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, agentlik işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də zəruri tədbirlər yerinə yetirir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən ANAMA tərəfindən Zəngilan rayonunda yeni mobil sahə düşərgəsi salınıb. Düşərgənin açılış mərasimində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər məsul vəzifəli şəxslər iştirak edib və onlar Qarabağ və Şərqi Zəngəzurda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək düşərgə ilə tanış olublar.

Əməliyyat, inzibati və xidməti heyət üçün bütün lazımi şəraitlə və müasir avadanlıqlarla təchiz edilən mobil tipli sahə düşərgəsi yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi üçün nəzərdə tutulmuş müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Həmçinin, burada texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər də mövcuddur. Bununla yanaşı, şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə düşərgə futbol - voleybol meydançası və idman trenajorları ilə təmin edilib.

Qeyd edək ki, konteynerlərdən ibarət mobil tipli sahə düşərgəsi minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşınma üstünlüyünə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video