AMEA Türkiyə Elmlər Akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qardaş Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində Türkiyə Elmlər Akademiyasının prezidenti professor doktor Müzəffər Şəkərlə görüşüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni akademik İsa Həbibbəyli və professor doktor Müzəffər Şəkər imzalayıblar. Müqavilədə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və s. məsələlər öz əksini tapıb.
Görüşdə Müzəffər Şəkər AMEA ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyəti olduğunu qeyd edib, iki qardaş ölkənin elmi qurumları arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə hərtərəfli əməkdaşlığın geniş vüsət aldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli hər iki ölkə rəhbərlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi dostluq və əməkdaşlıq əlaqələrinin elm sahəsində də yeni inkişafa geniş yol açdığını bildirib. Akademik bu il Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri ilə əlaqədar AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfranslarda qardaş Türkiyənin görkəmli alimlərinin də iştirakının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təs...
19 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İnformasiya Texnologiyaları (İT) sahəsi...
19 Aprel
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
18 Aprel
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyas...
18 Aprel
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
18 Aprel
Türkiyədə zəlzələ olub
18 Aprel
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub...
18 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfrans...
18 Aprel
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!