Alınmadı...
Xorvatiya millisi Mərakeş səddini aşa bilmədi
Dünən F qrupunun ilk matçında Xorvatiya millisi Mərakeşlə qarşılaşdı. Görüşdə tərəflərin səylərinə baxmayaraq, qol vurulmadı. Mərakeş Dünya çempionatına yeni baş məşqçi ilə qatılıb. Komandaya yerli Valid Reqraqi başçılıq edir. Yığmanı mundiala daşıyan isə Vahid Halilhodjiç olmuşdu.
Hakimin start fitindən sonra topu xorvatlara verərək daha çox topsuz oyunda iştirak edən komandanın fiziki hazırlığının istənilən səviyyədə olduğunu izlədik. Komanda xüsusilə müdafiənin arxasına atılan ötürmələrlə sürətli keçid oyun planı seçmişdi. Afrika təmsilçisi matçın müəyyən hissələrində buna nail olsa da, son ötürmələrdə dəqiq ola bilmədilər.
Xorvatiya isə demək olar ki, baxımlı və daha çox qısa ötürmələrə üstünlük verən oyun planını qolla tamamlaya bilmədi. Statistik göstəricilər də dediklərimizi təsdiqləyir. Belə ki, oyunda topla oynama əmsalı 65 faizlə xorvatların tərəfində idi.
Xorvatiya 1994-cü ilə qədər Yuqoslaviyanın tərkibində beynəlxalq oyunlara çıxıb. Yerli federasiya buna qədər FİFA-nın rəsmi üzvü olmayıb. Xorvatlar 1994-cü ildən quruma üzv olan ölkələr arasına daxil olub. Ləqəbi "damalılar", "blazerlər" olan milli "DÇ-2022"yə qədər 5 mundialda iştirak edib. Yığmanın ən böyük uğuru son mundialda gümüş medal qazanmasıdır. Rusiyada keçirilən Dünya çempionatında finala qədər yüksələn xorvatlar həlledici oyunda Fransaya uduzub. Xorvatiya mundialların final mərhələsinə qədər yüksələn ən gənc yığmadır.
"Damalılar" 1998-ci ildə keçirilən Dünya çempionatında da bürünc medal qazanıb. Xorvatiya futbol tarixinin ən tanınmış oyunçularından olan Davor Şukerin bombardir olduğu mundialda komanda yarımfinalda Fransaya uduzub, 3-cü yer uğrunda matçda isə Niderlandı məğlub etmişdi. Şuker bu mundialda 6 qolla bombardir olub.
Xorvatiya Dünya çempionatında ilk matçına 1998-ci ildəki mundialda çıxıb. Komanda Yamaykanı 3:1 hesabıyla məğlub edib. Mundiallardakı ən böyük hesablı qələbə Kameruna qarşı olub. "Damalılar" 2014-cü ildə Afrika təmsilçisini 4:0 hesabıyla məğlub edib.
Xorvatiya yığmasının heyətinin dəyəri 369 milyon avrodur. Millinin ən dəyərli oyunçusu Yosko Qvardioldur. Almaniya "Leypsiq"ində çıxış edən müdafiəçinin qiyməti 60 milyon avrodur. Komandada "Çelsi"dən Mateo Kovaçiç, "Real"dan Luka Modriç, "İnter"dən Marselo Brozoviç kimi ulduz futbolçular çıxış edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
Türkiyənin 9-cu gəmisi Qəzzaya yola düşüb
17 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Aprel
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
17 Aprel
Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əs...
17 Aprel
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
17 Aprel
Tbilisinin mərkəzində atışma olub
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!