31 Avqust 2024 18:58
135
SİYASƏT
A- A+

Aleksandr Terentyev: Növbədənkənar parlament seçkiləri Azərbaycan üçün çox vacib prosesdir

 

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının müşahidə missiyasının rəhbəri Aleksandr Terentyev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə M.Pənahov seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçinin qoşulduğunu, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kameralar quraşdırıldığını diqqətə çatdırıb.

MSK sədrinin sözlərinə görə, parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. O bildirib ki, budəfəki seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib.

Milli Məclisə seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirən MSK sədri deyib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Müşahidə missiyasının rəhbəri Aleksandr Terentyev öz növbəsində MSK-dakı səmimi görüşə görə təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirakdan məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb. Bu seçkinin Azərbaycan üçün çox vacib proses olduğunu bildirən qonaq qeyd edib ki, ilk dəfədir növbədənkənar parlament seçkiləri ölkənin bütün suveren ərazilərində keçiriləcək. A.Terentyev insanların seçki prosesi ilə bağlı yüksək əhvali-ruhiyyədə olduğunu müşahidə etdiyini diqqətə çatdırıb.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video