07 Oktyabr 2025 16:39
1141
Mədəniyyət
A- A+
Aktotı Raimkulova TDT Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edib

Aktotı Raimkulova TDT Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının 12-ci toplantısında çıxış edib.

İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının xarici işlər naziri Ermek Koşerbayev, Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, o cümlədən hökumət nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqpərvərliyə və sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O qeyd edib ki, sülh və təhlükəsizlik mövzusu dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, mədəni irsin gələcək nəsillər üçün qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Çıxışına davam edən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun cari ildə fəaliyyəti haqqında geniş hesabat təqdim edib: “2025-ci ildə bərpa, muzey fəaliyyəti, rəqəmsallaşma və mübadilə proqramlarını əhatə edən 65 layihə həyata keçirmişik. Bütün təşəbbüslərimizdə inteqrasiya, əməkdaşlıq və birliyə üstünlük veririk. “Türk dünyasına baxış – 2040” sənədinə və Astana Zirvə Bəyannaməsinə uyğun olaraq, biz bu Türk Dünyası İctimai Birliyinin ilk çoxdilli ictimai məlumat cədvəlini dərc etdik və bu, nəhayət ki, türk irsi rəqəmsal platformasının yaradılması üçün əsas təşkil edir.

Bundan başqa, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və türk dövlətlərinin rəhbərlərinin dəstəyi ilə biz çoxdilli, çoxcildli “Türk folklor irsi antologiyası”nı nəşr etdirmişik.

UNESCO-nun Parisdəki mənzil-qərargahında “Divan Lüğət ət-Türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans da təşkil etdik.

Fondumuz “Türk dünyasına baxış - 2040” və TURKTIME sənədləri əsasında UNESCO, ICESCO və Türk əməkdaşlıq təşkilatları ilə tərəfdaşlığı gücləndirməkdə davam edir”.

Aktotı Raimkulovanın sözlərinə görə, bu ilin mayında Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı tarixi qərar qəbul edilib və bu, türk ailəsini daha da zənginləşdirib. Fondun rəhbəri, həmçinin Türkmənistanın müşahidəçi kimi üzv olmaq istəyinin mühüm addım olduğunu qeyd edərək, ölkənin yaxın gələcəkdə tamhüquqlu üzv olacağına ümid etdiyini bildirib.

Fondun prezidenti çıxışını türk dövlətləri arasında mədəni həmrəyliyin və birliyin daha da gücləndirilməsinə çağırışla yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!