22 Iyun 2022 14:35
775
Elm və texnika
A- A+

Akademik Arif Həşimov Özbəkistan Elmlər Akademiyasında olub

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Özbəkistan səfəri çərçivəsində bu ölkənin Elmlər Akademiyasında olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik Arif Həşimov Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Bexzod Yuldaşev, vitse-prezidentlər Sirojiddin Mirzayev, Baxrom Abdülxalimov və Fizika-Texnika Elmləri Bölməsinin rəhbəri Sadulla Baxromovla görüşüb.

Görüşdə iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlıq imkanları, onun genişləndirilməsi və gələcək inkişafı məsələləri müzakirə olunub.

Müzakirələrdən sonra AMEA və Özbəkistan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənəddə qarşılıqlı maraq doğuran, dövlətlərin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi və texniki problemlər üzrə birgə tədqiqatların aparılması, konfransların, simpoziumların, seminarların, görüşlərin təşkili, kadr hazırlığı, informasiya və nəşr mübadiləsi və s. məsələlər nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video