18 Yanvar 2023 16:28
458
PARLAMENT
A- A+

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyası üçün iş planını açıqlayıb

 

Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hicran Hüseynova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin gələcəyə böyük inam yaratdığını bildirib. Deyib ki, bu gün ölkə həyatının bütün sahələrində inkişaf müşahidə olunur. Vətən müharibəsində Qələbəmizdən qısa zaman keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə həyata keçirilir. Bütün bunlar dövlətimizin güclü iqtisadi potensialından xəbər verir.

İclasın gündəliyi barədə məlumat verən H.Hüseynova bildirib ki, gündəliyə 8 məsələ, o cümlədən 2022-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, 2023-cü il yaz sessiyası üçün komitənin iş planının layihəsi, bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri və cari məsələlər daxil edilib.

Komitə sədri əvvəlcə, 2022-ci ilin payız sessiyası ərzində Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 8 iclası keçirilib, 19 məsələyə baxılıb. Komitədə 5 qanun layihəsi üç oxunuşda, 1 qanun layihəsi bir oxunuşda müzakirə edilib.

Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova komitənin 2022-ci il payız sessiyasının hesabatı barədə öz fikirlərini açıqlayıblar. Deputatlar hesabat dövründə görülən işlərdən, keçirilən tədbirlərdən söhbət açaraq, sessiyanın səmərəli keçdiyini söyləyiblər.

2022-ci ilin payız sessiyası dövründə komitənin fəaliyyəti qənaətbəxş hesab olunub.

Sonra Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O bildirib ki, layihəyə əsasən, cari ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinə baxılması, ailə, qadın və uşaq hüquqları ilə bağlı müxtəlif qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrin təşkili, komitənin fəaliyyət sahəsinə aid məsələlərə dair ictimai dinləmələrin keçirilməsi, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili nəzərdə tutulub.

Komitə üzvləri Sədaqət Vəliyeva, Rauf Əliyev, Tamam Cəfərova yaz sessiyasının iş planını müsbət qiymətləndiriblər, bəzi təkliflərini səsləndiriblər. Millət vəkilləri komitənin əhatə etdiyi sahələr üzrə bir sıra dinləmələrin keçirilməsinin vacibliyindən danışıblar.

Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqsədəmüvafiq hesab edilib.

Daha sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Komitə sədri “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.

Bildirilib ki, təqdim edilən sənədlər “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Adları çəkilən qanunlarda bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulub.

Təqdim olunan bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra iclasda cari məsələlərə dair müzakirələr aparılıb. Komitə sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə ailə siyasəti sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb. O, zamanın tələbinə uyğun olaraq mövcud qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsinin zəruriliyindən bəhs edib. Uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, məişət zorakılığı, erkən nikahla bağlı müvafiq qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə komitə tərəfindən lazımi işlərin görüldüyünü söyləyib.

Hicran Hüseynova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Siyasi partiyalarda gender bərabərliyi. Qanunvericilik və iştirakçılıq” mövzusunda birgə konfransın keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Qeyd edib ki, tədbirdə ölkəmizdə qadınların siyasi partiyalarda fəaliyyəti, onların seçki orqanlarında təmsilçiliyi və bu sahədə olan qanunvericilik aktları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Rauf Əliyev, Tamam Cəfərova qeyd olunan məsələlərlə əlaqədar fikirlərini açıqlayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video