28 Sentyabr 2022 22:59
352
CƏMİYYƏT
A- A+

Ağsaqqallar Şurasının üzvləri hərbi hospitalda Vətən müharibəsi qazilərini ziyarət ediblər

 

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri - sədr müavini, professor Elmira Süleymanova, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət ediblər.

Şuradan AZƏRTAC-a bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla andıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və təşkilatın İdarə Heyətinin üzvlərinin salamlarını qəhrəman qazilərimizə çatdıran Elmira Süleymanova əvvəlcə uca Tanrıdan onların tezliklə sağalaraq normal həyata dönmələrini arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri böyük fədakarlıqlardan, onların misli görünməmiş şücaətlərindən bəhs edib. Hospitalda müalicə alan qazilərimizin şəxsində bütün igidlərimizə, qısa müddət ərzində Ermənistan ordusunu məğlubiyyətə uğradaraq, torpaqlarımızı düşmən tapdağından azad edən mərd Vətən oğullarına minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə qayğının hər zaman dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyat, ordu quruculuğu və digər sahələrdəki uğurlarından danışan Elmira Süleymanova ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli Ordumuzun əsgər və zabitlərinin həyata keçirdiyi qəhrəmanlıqlardan söhbət açaraq onlara sonsuz minnətdarlığını ifadə edib, müalicə olunan bütün qazilərimizə Allahdan şəfa diləyib.

Sonda Elmira Süleymanova hospitalda gecə-gündüz qazilərimizin qayğısına qalan, onları müalicə edən tibb işçilərinə və Vətən uğrunda döyüşlərdən qəhrəman kimi ayrılan igid, qorxmaz Azərbaycan oğullarına bir daha öz dərin təşəkkürünü bildirib. Qazilərimizlə və hospitalın tibbi heyəti ilə xatirə şəkilləri çəkdirilib.

Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi adından hərbi hospitalda müalicə alan qazilərə ərzaq sovqatları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video