Ağsaqqallar Şurasının nümayəndə heyəti Türkmənistanda səfərdə olub
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti - Şuranın sədr müavinləri, Milli Məclisin deputatı, professor Eldar İbrahimov və professor Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli Türkmənistanda işgüzar səfərdə olublar.
Şuradan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Türkmənistanın sabiq Prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Eldar Quliyevi qəbul edib. Görüşdə Eldar Quliyev göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığını bildirərək dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan xalqının səmimi salamlarını Qurbanqulu Berdiməhəmmədova və qardaş türkmən xalqına çatdırıb. Söhbət zamanı xalqlarımız arasındakı mövcud tarixi-mənəvi əlaqələrə, qardaşlıq münasibətlərinə toxunan Eldar Quliyev Türkmənistan ağsaqqalı olaraq Qurbanqulu Berdiməhəmmədovun da təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının xətti ilə ölkələrimizin türk dünyasının birliyi və həmrəyliyi istiqamətində gələcəkdə də mühüm addımlar atacağına əminliyini vurğulayıb. O, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək qardaş Türkmənistanın hər zaman Azərbaycanın yanında olduğuna görə öz təşəkkürünü bildirib.
Türkmənistanın sabiq Prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xalqımıza dərin hörmət və ehtiramını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərə görə bir daha Azərbaycan xalqını təbrik edib. Türk dövlətləri, həmçinin Azərbaycan və Türkmənistan arasında inkişaf etməkdə olan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirən natiq gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
İşgüzar və səmimi şəraitdə keçən görüşdə digər rəsmi şəxslərlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov da iştirak edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb
25 Aprel
BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!