Ağciyər xərçənginin qarşısını alan keçibuynuzu
Xarici görünüşünə görə keçinin buynuzlarını xatırlatdığına görə ona keçibuynuzu adı verilib. Lakin bəzən onu “Yaqub peyğəmbərin çörəyi”, “ buynuz ağacı” da adlandırırlar. Əvvəlcə sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu əkiləndən sonra 15 il meyvə vermir.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, keçibuynuzu meyvələri təzə və quru halda yeyilir, çəyirdəyindən də istifadə etmək mümkündür. Onları üyüdüb suda qaynatdıqdan sonra hazırlanan məlhəmin şiş və yaralara sürtülməsi sağalmanı sürətləndirir. Keçibuynuzunun yarpaq və budaqları qurudulur, çay kimi dəmlənilir. Ondan hazırlanan bəhməzi mütəmadi olaraq qəbul etmək çox faydalıdır.
Nəfəs darlığına qarşı faydalı olan keçibuynuzu meyvələrindəki xüsusi maddə - qall turşusu, demək olar, başqa heç bir meyvədə yoxdur. Bəzi allergik astma xəstəliklərində onun tətbiqi zamanı dərhal nəticə əldə etmək mümkündür.
Keçibuynuzu ağrıkəsici, antiseptik, bronxgenişləndirici xüsusiyyətlərə malikdir, allergiya, astma, xərçəng, ishal, qəbizlik və mikroblara qarşı təsirlidir. Həmçinin qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflicinin qarşısını alır.
Beş yüz ildən artıq yaşı olan keçibuynuzu əksər hallarda ağciyər xərçənginin qarşısını almaq gücünə malikdir. Keçibuynuzu ilə qırmızı turpdan istifadə olunması ağciyər xərçəngində müalicənin təsir gücünü artırır. Tərkibində xolesterolun yoxluğu onun böyük üstünlüyüdür, kofein və teobromin olmağı isə qan təzyiqi zamanı ondan istifadə etməyə imkan verir.
Keçibuynuzu fosfor və kalsiumla çox zəngindir, ona görə də osteoporoz, yəni sümük əriməsi xəstəliyi zamanı kalsium ehtiyacını ödəməyə kömək edir. Orqanizmə daxil olan radiasiyanı xaric edir, taxikardiyanı, mədə və bağırsaq qazlarını xaric edərək şişkinliyi aradan qaldırır.
Tərkibində yüksək şəkər olduğuna görə diabet xəstələrinin ondan istifadəsi məsləhət görülmür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!