19 Yanvar 2022 18:12
775
Təhsil
A- A+

ADNSU ilə “British Council” təşkilatı arasında əməkdaşlıq genişlənir  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “British Council” təşkilatının Azərbaycandakı ofisinin nümayəndələri ilə görüş olub.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşdə ADNSU-nun rektoru professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Rafiq Camalov, Xarici dillər kafedrasının müdiri dosent Fəridə Hüseynova, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Francis Gardener-Trejo, ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova və imtahanlar üzrə meneceri Nərgiz Əkbərova iştirak ediblər.

ADNSU-da ingilis dilinin tədrisi barədə məlumat verən professor M.Babanlı cari tədris ilindən “British Council” ilə bir çox yeni layihələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Francis Gardener-Trejo ADNSU ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, universitetin “British Council Gold Partner” kimi qəbul olunması məsələsinin müzakirə olunduğunu bildirib.

Görüşdə, həmçinin ADNSU-da tələbə və müəllimlər üçün davamlı İELTS və APTİS imtahanlarının keçirilməsi üçün imtahan mərkəzinin yaradılması kimi məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video