26 Aprel 2022 01:05
1144
Təhsil
A- A+

ADAU-nun tələbələri İsraildə 11 aylıq təcrübə keçəcəklər

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün təşkil etdikləri yeni təcrübə proqramı ilə tələbələri məlumatlandırmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetində görüş keçirilmişdir.

Aqronomluq fakültəsində keçirilən görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qeyd olunan təcrübə proqramı aqronomluq, torpaqşünaslıq, aqrokimya, baytarlıq, zoomühəndislik, aqrobiznes, iqtisadiyyat, biologiya, qida təhlükəsizliyi və qida mühəndisliyi ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri, magistrantları və məzunları üçün geniş imkanlar açır. Rektor tələbələri bu fürsətdən yararlanmağa çağıraraq təlimin başladığı dövrdən indiyədək 20 mindən çox iştirakçıya bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yarandığını diqqətə çatdırmışdır.

Tədbirdə o da vurğulanmışdır ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi davam edəcək təlimdə iştirakçılar Aravadakı fermaların ərazisində təşkil edilən şəhərcikdə yaşayacaq və innovativ əkinçilik texnikası ilə tanış olacaq, tədqiqat layihələrində iştirak edəcəklər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video