ADAU ilə Türkiyənin Yozgat Bozok Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Dövlət Aqrar Unversiteti (ADAU) dünyanın inkişaf etmiş ölkələrinin universitetləri ilə əməkdaşlığı daha da genişləndirir. Bu əməkdaşlıq siyahısına daha bir universitet də əlavə edilmişdir. Qardaş Türkiyənin Yozgat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağ başda olmaqla, universitetin nümayəndə heyəti bu məqsədlə ADAU-da olmuşdur.
Azərbaycan Dövlət Aqrar Universitetində türkiyəli qonaqlarla əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı görüş keçirilmişdir. Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov çıxış edərək ölkəmizdə yeganə kənd təsərrüfatı mütəxəssisləri yetişdirən bu ali təhsil ocağının xarici əlaqələri, ikili diplom proqramları və maddi-texniki bazası haqqında ətraflı məlumat vermişdir.
ADAU-nun fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra professor Ahmet Karadağ təmsil etdiyi universitet haqqında geniş məlumat vermişdir. O, toxumçuluq sahəsində birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Sonra qonaqlar ADAU-nun Biotexnologiya Mərkəzində olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya Mərkəzində bitkilərin müxtəlif stres amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi üçün molekulyar analizlər həyata keçirilir.
S.ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası...
24 Aprel
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2
24 Aprel
Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri da...
24 Aprel
Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq
24 Aprel
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel
Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qa...
24 Aprel
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
24 Aprel
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB...
24 Aprel
Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiri...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!