ADA Universitetində Rauf Hacıyevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib
İyunun 16-da ADA Universitetində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı Tofiq Həsənsoy bəstəkar Rauf Hacıyevin həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, Rauf Hacıyev zəngin yaradıcılığı ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində ərsəyə gətirdiyi vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb.
Bəstəkarın yaradıcılığının ilk illərindən danışan aparıcı onun rəhbərlik etdiyi “Vətən” kinoteatrının estrada-caz orkestri və qurucusu olduğu Azərbaycan Dövlət Estrada Orkestri haqqında maraqlı faktları təqdim edib.
Vurğulanıb ki, bəstəkar mədəniyyət naziri işlədiyi dövrdə musiqi kollektivlərinin fəaliyyətini dəstək göstərib. Onlardan biri “Qaya” kvarteti idi. Azərbaycan Dövlət Estrada Orkestrinin tərkibində ilk addımlarını atan bu kvartet o zaman caz ifa edər, “Bakı vokal kvarteti” adlanardı. Yalnız 1966-cı ildə Rauf Hacıyevin dəstəyi ilə Moskvada Ümumittifaq estrada müsabiqəsində qələbədən sonra bu kvartet “Qaya” adlandırılıb və müstəqil fəaliyyət göstərməyə başlayıb.
Tədbirin maraqlı məqamlarından biri də Rauf Hacıyevin və orkestrin fotolarının, onun nadir lent yazısının təqdim edilməsi olub. Lent yazısında bəstəkarın 1962-ci ildə Moskvada olduğu zaman qısa danışığı yer alıb. Eyni zamanda, R.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrinin ifasında instrumental kompozisiya təqdim olunub.
Tamaşaçılara, həmçinin Rauf Hacıyevin bəstəkarın görkəmli müğənnilər Rəşid Behbudovla, Mirzə Babayevlə əməkdaşlığı haqqında məlumat verilib, ekranda audiovizual formada mahnılar səsləndirilib. “Sevgilim”, “Bakı haqqında mahnı”, “Azərbaycanım”, “Bahar sənsiz”, “İdyot vesna po Apşeronu”, “Mir bez tebya”, “Leyla”, “Azərbaycanım”, “Çiçək kimi”, “Müştəri, gəl”, “Əsmə, külək”, “Saçlarına gül düzüm” mahnıları qonaqlara xoş anlar bəxş edib.
Tədbirdə Rauf Hacıyevin bəstəkarı olduğu filmlər haqqında məlumat verilib. “Qaraca qız”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Romeo mənim qonşumdur”, “Qara daşlar”, “Əhməd haradadır ?” filmlərindən mahnılar audiovizual formada təqdim olunub.
Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında bəstəkarın Azərbaycan musiqi sənətinə töhfələrindən danışıb.
Konsertdə müasir “Qaya” ansamblı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, habelə Lev Yelisavetski, Xalq artistləri Mübariz Tağıyev, Cavan Zeynallı, Samir Cəfərov, festivallar laureatı Seymur Həsənsoy bəstəkarın əsərlərini ifa ediblər.
Tədbirdə ADA Universitetinin əməkdaşları və tələbələri, incəsənət xadimləri, eləcə də müxtəlif qurumları təmsil edən nümayəndələr iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub...
06 Iyul
“Brent” markalı neftin qiyməti 100 dollardan aşağı düşüb
06 Iyul
Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib...
06 Iyul
Bitki çaylarının qəbul qaydası
06 Iyul
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
06 Iyul
İyulun 6-da Azərbaycanda COVID-19 əleyhinə 2 min 140 doza vaksin vurulub
06 Iyul
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 69 yoluxma faktı qeydə alınıb
06 Iyul
Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyada keçirilən konfransda iştirak edib
06 Iyul
Qafqaz Müsəlmanları İdarəsinin sədri Koventri yepiskopu ilə görüşüb
06 Iyul
Bakıda Venesuelanın müstəqillik günü qeyd edilib
06 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!