24 May 2022 23:17
596
Elm və texnika
A- A+

ADA Universitetində “İtalyan dizayn günü” mövzusunda tədbir və sərgi keçirilib

Mayın 24-də ADA Universitetində İtaliyanın ölkəmizdəki səfirliyi, İtaliya Ticarət Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “İtalyan dizayn günü” mövzusunda tədbir və sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin və İtaliyanın yüksək səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri qonaqları salamlayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xatırladan Rektor Hafiz Paşayev ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin gələcək fəaliyyətindən bəhs edib.

Sözügedən universitetin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universitetinin cəlb olunduğunu və bu əməkdaşlığın Azərbaycanda italyan dizayn ənənəsinin daha da geniş yayılmasına fayda verəcəyini bildirib.

Səfir Klaudio Taffuri vurğulayıb ki, İtaliya dünya bədii və mədəni irsinin təxminən 70 faizinə sahibdir. İtaliya zəngin mədəni keçmişindən yararlanaraq dizaynın gələcək istiqamətinin formalaşmasına töhfə verir.

Tanınmış italyan memar Mikel de Lucci dizaynın gələcəyi, konseptual vizyonu barədə məlumat verib, şəhərsalmada “Earth Stations” yanaşması ilə bağlı təqdimat edib.

Daha sonra “Maire Tecnimont S.p.A.” Qrupunun Xüsusi Təşəbbüslər və Regionlarla bağlı Koordinasiya üzrə Baş vitse-prezidenti Cianni Bardazzi “Davamlı gələcək üçün dizayn və yeni texnologiyalar” mövzusunda təqdimatla çıxış edib.

İnkişaf və Diplomatiya İnstitutunun direktoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən müzakirələrdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib.

Plastik tullantıların təkrar istehsalı məsələsinə diqqət çəkən nazir ətraf mühitin mühafizəsilə bağlı mövzulara toxunub.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş ərazilərin Ümumi planı üzərində işlərin yekunlaşdığını, onun əsasında hazırda şəhərlər üzrə Baş planların, müfəssəl planların müxtəlif hazırlıq mərhələlərində olduğunu bildirib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq prosesində ən qabaqcıl texnologiya və müasir təcrübənin tətbiq edildiyini, tarixi-mədəni irsin qorunmasında İtaliya şirkətlərindən gələn təkliflərin də yüksək qiymətləndirildiyini və bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

Energetika nazirinin müavini Elnur Soltanov Qarabağın “Yaşıl enerji zonası”na çevriləcəyini və bu ərazinin enerji təminatının yenilənə bilən enerji mənbələri vasitəsilə təmin ediləcəyini diqqətə çatdırıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışı zamanı mühəndislik sahəsinin inkişafında ali təhsil ocaqları ilə şirkətlərin əməkdaşlığının vacibliyini qeyd edib.

Tədbir italyan şirkətlərinin dizayn etdiyi layihələrin nümayişi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video