Abşeron yol infrastrukturuna görə də önə keçir
Son illər Abşeron rayonu ölkənin əsas abadlıq və quruculuq ünvanlarından birinə çevrilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, verdiyi tapşırıq və tövsiyələr rayonun simasını büsbütün dəyişib.
Təsadüfi deyil ki, dövlət başçısının cari ilin əvvəlində imzaladığı ilk sərəncamlardan biri məhz Abşeron rayonu ilə bağlı olub. “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, rayonun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri üçün 19,7 milyon manat ayrılıb.
Bu gün isə Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində təmir işləri başa çatmaq üzrədir. Layihə çərçivəsində səkilər yenidən qurulub, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Sonuncu mərhələdə kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərini, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq. Bütün bu işlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Xırdalan şəhərində Əvəz Şəfiyev küçəsi də əsaslı şəkildə yenidən qurulur. Hazırda bu və şəhərin daha iki küçəsində asfaltlanma işləri aparılır. Layihə çərçivəsində həmin küçələrdə piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.
Prezident sərəncamına uyğun olaraq, Masazır kəndində ümumi uzunluğu 6260 metr olan 6, Qobu qəsəbəsində 7840 metr uzunluğunda 5, Ceyranbatan və Saray qəsəbələrində 5950 metrlik 3 və Mehdiabad qəsəbəsində ümumi uzunluğu 6450 metr olan 4 küçənin təmiri nəzərdə tutulur. Bütün bu küçələr uzun müddət əsaslı təmir olunmadan istismar edilirdilər. Ümumilikdə bu kənd və qəsəbələrdə 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmin küçələrin böyük qismində işlər artıq başa çatıb. Məsələn, Masazır kəndində sərəncama əsasən təmiri nəzərdə tutulan 7 küçədən 5-də işlər tamamlanıb. Ümumi uzunluqları 4,4 kilometr, sahəsi 27 min kvadratmetrdən çox olan 6 küçənin də bu ilin sonunadək təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Mehdiabad qəsəbəsində isə 4 küçə yenidən qurulur. Bir küçədə asfaltlama işi başa çatıb. Həmin küçə Abşeron rayonunda kənd və qəsəbələri birləşdirən yol olduğu üçün onun təmiri böyük əhəmiyyət daşıyır.
Saray qəsəbəsində isə 7 küçə yenidən qurulur. Bu küçələrin ümumi uzunluğu 4 kilometrdir. 21 min kvadratmetr sahəyə asfalt örtüyü çəkiləcəyi nəzərdə tutulur. Artıq küçələrdə beton-bərkitmə işləri yekunlaşıb. Ceyranbatan, Mehdiabad, Qobu, digər kənd və qəsəbələrdə ara yollar da təmir edilərək istifadəyə verilib. Bundan əlavə, Qobu qəsəbəsində 4 küçədə təmir-tikinti işləri aparılır. Həmin küçələrin ümumi uzunluğu 6,8 kilometrdir. 62 min kvadratmetrdən çox ərazini əhatə edən küçələrdə torpaq, asfalt-beton örtüyünün döşənməsi işləri artıq yekunlaşıb. Ara yollar isə təmir edilərək istifadəyə verilib.
Onu da qeyd edək ki, yeni çəkilən yolların kənarlarında yaşıllaşdırma işləri də aparılır. Əkilən ağaclar vaxtaşırı sulanır, dibləri bellənir. Ümumiyyətlə, Abşeronda son illər yaşıllaşdırmaya diqqət artıb.
Akif ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Söz sahibi Azərbaycandır
22 May
Ağ Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı
22 May
Azərbaycanda təbii qaz hasilatı artıb
22 May
Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
22 May
Bütün yollar Ağdama gedir
22 May
Təbiətlə yaşayanlar
22 May
Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi
22 May
İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır
22 May
Tütün həm can alır, həm də pul sovurur
21 May
Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!