26 May 2022 22:46
418
İQTİSADİYYAT
A- A+

Abşeron rayonunun Aşağı Güzdək avtomobil yolu yenidən qurulur   

 

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci kilometrindən ayrılan və 3.8 kilometr uzunluğa malik torpaq örtüklü Aşağı Güzdək avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir edilmədiyindən hərəkətdə problemlər yaradırdı. Problemlərin aradan qaldırılması, ərazidə yaşayan 11 min əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu 2 hərəkət zolaqlı və 10 metr enində olmaqla yenidən qurulur.

Məlumata əsasən, yolun böyük hissəsi torpaq, bir hissəsi isə deformasiyaya uğramış asfalt örtüyündən ibarət idi. Yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb. Yolboyu zəruri yerlərdə piyada səkiləri inşa edilib, səkilərin kənarlarına yeni səki daşı düzülüb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə start verilib və asfalt-beton örtüyünün alt layı artıq döşənib. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə istifadəyə veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video