21 May 2022 20:53
532
DÜNYA
A- A+

ABŞ Prezidenti Ukraynaya 40 milyard dollar yardım ayrılması barədə qanunu imzalayıb

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar həcmində əlavə yardımın ayrılması barədə qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, müvafiq məlumat Ağ evin saytında dərc olunub. Hazırda ABŞ Prezidenti Cənubi Koreyada səfərdədir.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsünü ötən həftə, Senat isə mayın 19-da təsdiqləyib. Senatda yekun səsvermə Cozef Baydenin Asiya turuna çıxmasından sonra başa çatıb.

Xatırladaq ki, ABŞ Prezidenti Kiyevə əlavə 33 milyard dollar yardım istədiyi halda Konqres bu məbləği 40 milyard dollara qədər artırıb, hərbi texnika və ərzaq yardımı üçün daha çox vəsaitin ayrılmasını təklif edib. Bunun təxminən 20 milyard dolları birbaşa hərbi yardıma, o cümlədən Ukrayna hərbçilərinin təlimi və təchizatına, həmçinin ABŞ-ın silah ehtiyatlarının artırılmasına yönəldiləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video