77-nin 777 dərdi
“Bir az mehriban olun”, “Yer varsa, gəl özün keç”, “Arxa qapı, sıxlaşın”, “Bezrazmer deyil”, “Kartof daşımırsan” - ictimai nəqliyyatdan istifadə edən hər kəsə bu ifadələr yəqin ki, tanışdır.
77 nömrəli marşrut xətti üzrə işləyən avtobuslarda da bu və ya digər ifadələri hər gün eşitmək mümkündür. Axundov bağı - Yeni Yasamal istiqamətində hərəkət edən bu avtobuslarda səhər və axşam saatlarında hər gün böyük sıxlıq olur. Sərnişinlər mənzil başına daha tez çatmaqdan ötrü bir-birilərini itələyə-itələyə avtobusa minməyə, sürücülər isə daha çox sərnişin mindirməyə cəhd edirlər. Təbii ki, belə olan halda narazılıqlar, dava-dalaş, etirazlar baş verir. Sürücülər isə reaksiya vermir, əksinə, bu sıxlıqdan məmnun görünürlər. Öz dedikləri kimi, plan verməlidirlər axı.
İnsafən avtobuslar arasında interval o qədər də böyük deyil. Amma Yeni Yasamal ərazisində yaşayan əhalinin çoxluğunu nəzərə alsaq, bir marşrut xətti bu ərazi üçün çox azdır. Yaranmış sıxlıqdan əziyyət çəkən sərnişinlər etiraz bildirəndə isə kobud, hərəkət qrafikinə əməl etmək üçün təhlükəli manevrlərdən çəkinməyən dəlisov sürücülər onlara irad tutanları günahkar çıxarırlar. İstismara yararsız olduğu aydın görünən avtobuslarda boş spirt qabları, maskasız sürücülər, sınıq-salxaq, çirkdən rəngi seçilməyən oturacaqlar, üstü sellofanla örtülmüş istifadə olunmayan kart aparatları, bu marşrutların qulağında telefon, damağında siqaret olan sürücüləri 77-nin bitməyən dərdlərinin bir hissəsidir. Buna baxmayaraq, sözügedən istiqamət üzrə alternativ marşrutların xəttə buraxılması barədə düşünən yoxdur. Amma yenə də ümid etmək istərdik ki, BNA bu dərdlərin sağalması üçün bir məlhəm tapacaq, təbii ki, istəsə...…
Nərminə ƏSGƏROVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sahibə Qafarova: Azərbaycan və Türkiyənin əldə etdiyi uğurlar hər iki ölkənin beynəlxalq nüfuzunun d...
16 May
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ilə görüşüb...
16 May
Elizabet Born 32 ildən sonra Fransanın yeni qadın Baş naziri təyin edilib
16 May
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasın...
16 May
Azərbaycan və Qazaxıstan parlamentlərinin vitse-spikerləri arasında görüş keçirilib
16 May
Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb...
16 May
İƏT Ombudsmanlar Assosiasiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub
16 May
İranın İslam Şurası Məclisi sədrinin birinci müavini Azərbaycana səfərə gəlib
16 May
Fransanın Baş naziri Jan Kasteks istefa verib
16 May
Baş Prokurorluq və Təhsil Nazirliyi internat məktəbində şagirdin ölməsinə dair birgə məlumat yayıb...
16 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

Heydər Əliyevin arzuladığı Azərbaycan

Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunma...

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Q...

Hərbi qələbədən diplomatiya zəfərinə

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!