14 Oktyabr 2025 20:35
472
İQTİSADİYYAT
A- A+
7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda təhsil sahəsi üzrə yeni investisiya imkanları müzakirə edilib 

7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda təhsil sahəsi üzrə yeni investisiya imkanları müzakirə edilib 

Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci dialoq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təhsilin həm fundamental məqsəd olduğunu, həmçinin bütün Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəqqinin əldə edilməsi üçün güclü hərəkətverici vasitə olduğunu vurğulayıb. “Azərbaycan 2030 Milli Prioritetləri”nə uyğun olaraq rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiyaların stimullaşdırılması və inklüziv inkişaf üçün keyfiyyətli təhsilin rolu qeyd edilib. Qurum rəsmisi BMT-nin nəzərdə tutulan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi (2026-2030) üzrə Azərbaycan hökumətinə DİM-lərə nail olmaqda dəstəyini ifadə edib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan Hökumətinin BMT-nin qlobal təşəbbüslərində fəal iştirak etdiyini, birgə layihələr həyata keçirildiyini qeyd edib. Bildirilib ki, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, qeyri-neft-qaz sənayesinin inkişafı, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil edir. Ölkəmiz təhsil, insan kapitalının inkişafı, rəqəmsal savadlılığın və innovativ bacarıqların artırılmasına önəm verir.

Azərbaycanda qurulan sənaye parkları yüksəkixtisaslı mütəxəssislərin, xüsusilə də qeyri-neft sənayesi üzrə kadrların cəlb olunması üçün xüsusi institutlar kimi çıxış edir. Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün sənaye və digər ixtisaslar üzrə kadrlar hazırlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT ilə birgə əməkdaşlıq çərçivəsində DİM məqsədləri üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində infrastrukturun yenilənməsi və rəqəmsallaşmanın regionlararası bərabərliyin təmin edilməsinə, gender fərqlərinin azaldılmasına şərait yaratdığı bildirilib. Komitə sədri rəhbərlik etdiyi qurumun təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib.

Elm və təhsil nazirinin müavini İdris İsayev təhsilin keyfiyyətinin artırılması, təhsilə əlçatanlığın təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, konsepsiyalar və strategiyalar barədə məlumat verib, dövlət tərəfindən təhsilə davamlı sərmayə qoyuluşunun ölkənin gələcək inkişafını təmin edən əsas amillərdən olduğu diqqətə çatdırılıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov “Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili” adlı hesabatın nəticələrinə dair təqdimatla çıxış edib.

Tədbir “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel sessiya ilə işini davam etdirib. İqtisadiyyat nazirinin müşaviri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən sessiyada təhsilə yatırılan investisiyaların keyfiyyətli insan kapitalının formalaşdırılmasında rolu, əmək bazarının kadr ehtiyaclarının qarşılanmasında təhsil sisteminin əhəmiyyəti, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin olunması və iqtisadi artımın sürətləndirilməsində innovativ nou-hauların tətbiqinin vacibliyi müzakirə edilib. Panel sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi, “Gender Hub Azerbaijan” layihəsinin həmtəsisçisi Məryəm Məcidova mövzu ətrafında fikirlərini bölüşüblər.

Tədbirdə ötən dialoqlarda müzakirə olunan əsas mövzuların xülasəsinin yer aldığı DİM Dialoq Jurnalı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb  

12:52
14 Noyabr

Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib  

12:50
14 Noyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:36
14 Noyabr

Analitik qeyd edir ki, Bakıda keçirilən COP29-la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb  

12:35
14 Noyabr

On ayda orta illik inflyasiya 6 faizə yaxın olub  

12:34
14 Noyabr

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında təmsil olunub  

12:33
14 Noyabr

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib  

12:32
14 Noyabr

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

12:31
14 Noyabr

On ayda ölkədə 106,4 milyard manatlıq ÜDM istehsal olunub

12:31
14 Noyabr

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

12:29
14 Noyabr

Böyük Qayıdış: Növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə yola salınıb

12:28
14 Noyabr

Bu ilin on ayında müavinətlər üzrə 964, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib

12:28
14 Noyabr

Prezident: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

12:28
14 Noyabr

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb  

12:25
14 Noyabr

Ankarada Gürcüstanda qəzaya uğrayan təyyarədə həlak olan hərbçilərlə vida mərasimi keçirilib  

12:24
14 Noyabr

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır  

12:24
14 Noyabr

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!