5 əsrdən çox yaşı olan tütün
Kənd təsərrüfatı, ticarət və sənaye sahəsində 500 ildən çox müddət ərzində mövcud olan tütünün Asiya və ya Amerika mənşəli olması tam olaraq bəlli deyil. Amma bilinən odur ki, tütün Amerikadan Avropaya səyahətçi Kristofor Kolumb və onun dostlarına məxsus gəmilərlə gətirilib.
1492-ci ildə San-Salvadorda ilk dəfə tütün və tütün yarpaqlarının çubuqlarla çəkildiyini və ağızda çeynəndiyini görən Kolumbun yerli əhalinin çəkdiyi qamış “tütəy”ə tütün adı verdiyi qeyd edilir. Tütünün ilk istifadəsi qurudulmuş yarpaqların əzilərək borunun bir ucunda yandırılması və tüstünün “tütün”ün digər ucundan ciyərə qəbul edilməsi şəklində olub. Mərkəzi Amerikada yaşayan xalqlar arasında kefləndirmə məqsədilə geniş istifadə edilən tütün Amerikaya yolu düşən dənizçiləri də özünə aludə edib. İlk siqaret çəkən avropalının Kolumbun “Santa-Mariya” gəmisində zabit işləyən Rodriqo de Xeres olduğu bildirilir. O, Amerikadan İspaniyaya qayıdan zaman özü ilə gətirdiyi tütün yarpaqlarını çəkərkən ağzından tüstü çıxdığı üçün qonşuları onu sehrbazlıqda və şeytançılıqda günahlandırıblar. Bu səbəbdən mühakimə edilən Xeresə kilsə məhkəməsi 1505-ci ildə 7 il həbs cəzasi verib. Bu avropalı həbsdən çıxarkən artıq Portuqaliyada siqaret çəkmə leqallaşmış və əhalinin yarısı tütün çəkirmiş.
İlkin dövrlərdə tütündən istifadə ilə bağlı böyük qadağalar tətbiq edilirdi. 1575-ci ildə ispan və Amerika kilsələrində tütündən istifadə qadağan edilib. 1603-cü ildə İngiltərə kralı
I Ceyms tütündən istifadənin dinə qarşı olduğunu və insanların ruhunu məhv etdiyini iddia edərək ondan istifadəyə qadağa qoyub və tütünü istehlak üçün İngiltərəyə gətirən şair, yazıçı Valter Raleighi öldürtdürüb. 1634-cü ildə Rusiya çarı I Aleksey dinin tütündən istifadəyə icazə vermədiyini iddia edərək onu qadağan edir, tütün çəkərkən ilk dəfə tutulanların burunlarını kəsdirir, bu halı təkrarlayanları daha sonra qətlə yetirirdi. Səfəvi şahı I Abbasın hakimiyyəti dövründə siqaret çəkənlərin üst dodağı və başı kəsilirdi.
Tanınmış alman səyyahı, coğrafiyaşünas alim Adam Olearinin sözlərinə görə, Səfəvilərin Osmanlılar üzərində qələbəsindən sonra Şah Abbas orduya birillik məvacibin ödənilməsini əmr edib. Ancaq tezliklə qulağına xəbər çatıb ki, əsgərlər məvacibi dolanışıqlarına xərcləmək əvəzinə tütün almağa başlayıblar. Bundan çox qəzəblənən şah bir dəstə yaradaraq orduda tütün və tənbəkinin istifadəsinə qoyulan qadağanın icrasını sərtləşdirir. Bu, tarixdə ilk antitütün kampaniyası idi. I Şah Abbasın ölümünə qədər tütün idxalı qadağan idi və günahkarlar ağır cəzalandırılırdı.
Tütünün istifadəsi ilə bağlı sərt qadağaların olmasına baxmayaraq, maraqlı ziddiyyətlər də olub. Tütün haqqında ilk məlumatı yazan yepiskop Romano Pane 1518-ci ildə gətirdiyi tütün toxumlarını İspaniya kralı Çarlza hədiyyə edib. 1559-cu ildə Fransanın Portuqaliyadakı səfiri Jan Nikot onun öskürək, astma, başağrısı, mədə xəstəlikləri və qadın xəstəlikləri üçün yararlı olduğunu qeyd edib və tütünü fransız kraliçasına hədiyyə edib. Bu səbəbdən tütünə “Kraliça otu” və ya “Səfir otu” da deyiblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Söz sahibi Azərbaycandır
22 May
Ağ Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı
22 May
Azərbaycanda təbii qaz hasilatı artıb
22 May
Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
22 May
Bütün yollar Ağdama gedir
22 May
Təbiətlə yaşayanlar
22 May
Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi
22 May
İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır
22 May
Tütün həm can alır, həm də pul sovurur
21 May
Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!