40 ilin zibilxanasından canımız qurtardı
Cəlilabad şəhər Mirzəli Hüseynzadə küçəsində yerləşən keçmiş “Məişət Evi”nin arxasında hələ sovetlər dönəmindən bu günümüzədək “yadigar” qalmış və yaxın günlərədək “təyinat”ını dəyişməyən böyük bir zibillik poliqonu var idi. Həmin əraziyə təxminən 40 il ərzində yaxınlıqdakı 2 mərtəbəli yaşayış binasının sakinləri ilə yanaşı, həm də ətraf küçələrin, xüsusilə də “Mərdiməzar” adlanan zonanın bir çox sakinləri öz məişət tullantılarını atırdılar.
Buna görə şəhərin gözdən uzaq, amma tam mərkəzində üfunətli bir mənzərə yaranmışdı. Bu ərazi sözün əsl mənasında bakteriya və mikrob mərkəzi, gəmirici, bəzən də yırtıcı və zəhərli heyvanların məkanına çevrilmişdi... Bəzən də məsuliyyətsiz şəxslər həmin zibilliyə od vurur və bunun nəticəsində ətrafda yerləşən evlərə və həyətyanı sahələrə, xüsusilə də ərazidən keçən dövlət əhəmiyyətli qaz xətti üçün ciddi təhlükə yaranırdı. Sonuncu dəfə ötən ilin avqust ayında törədilmiş yanğın nəticəsində ətraf sakinlərə ciddi ziyan dəymiş, yanğın hətta mərkəzi stadionun ərazisinə də keçmişdi. Yalnız yanğınsöndürənlərin əraziyə vaxtında gəlməsi və alovu söndürməsi nəticəsində böyük bir təhlükə sovuşmuşdu.
Bu barədə dəfələrlə aidiyyəti qurumlara və məsul şəxslərə müraciət etmişdim. Təəssüflər olsun ki, son 7 il ərzində heç bir müraciət və xahişin təsiri olmamışdı. Əlacsız qalıb ətrafda yaşayan qonşulara müraciət edərək bura zibil atmamağı və zibilləri yandırmamağı xahiş etmişdim.
Son olaraq Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatına gedib problemi danışdım. Doğrusu, gözləmədiyim halda problem tez bir zamanda həll olundu. Qısa vaxtda əraziyə ekskovator və 2 “Kamaz” maşını cəlb edildi, məişət tullantıları yığılaraq daşındı, yeri isə torpaq tökülərək hamarlandı.
Deməli, istənilən problemi həll etmək mümkündür, təki istək və məsuliyyət olsun.
İlqar İSMAYILZADƏ,
İlahiyyat elmləri üzrə fəlsəfə doktoru,
Cəlilabad rayon sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!