28 May Müstəqillik Günü qeyd olunmuşdur
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatı Pərvin Kərimzadə və digər şəxslər iştirak etmişlər.
Tədbirdən əvvəl qonaqlar kollecdə yaradılan yeni laboratoriyalarla tanış olmuşlar. Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev məlumat verərək diqqətə çatdırmışdır ki, kollecdə tələbələrin praktik məşğələlər keçməsi və əyani şəkildə biliklərə yiyələnmələri üçün geniş imkanlar yaradılmışdır: "Artıq yeni laboratoriyalarda tibbi bacarıqlar praktik olaraq robot-maniken üzərində həyata keçirilir. Bununla yanaşı, TİKA tərəfindən yaradılan "Əczakimya analitik laboratoriyası" tezliklə istifadəyə veriləcəkdir".
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər bildirmişlər ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi tamam olur. Cümhuriyyət qısa bir dövr yaşasa da, Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etmişdir. Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun uğurla davam etdirilir. Ən böyük uğurumuz isə 30 ilə yaxın işğal altında olan ərazilərimiz 44 günlük Vətən müharibəsi nəticəsində ermənilərdən təmizlənmişdir.
Kollec tələbələrinin iştirakı ilə təqdim olunan musiqi nömrələrindən və göstərdikləri ədəbi-bədii kompozisiyadan sonra dövlət müstəqilliyimizdən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilmişdir.
S.ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb...
05 Iyul
Prezident İbrahim Rəisi: İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi reg...
05 Iyul
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil...
05 Iyul
Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası k...
05 Iyul
Pakistanda terror aktı nəticəsində 10 hərbçi yaralanıb
05 Iyul
Azərbaycan neftinin qiyməti 129 dollara yaxınlaşır
05 Iyul
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
05 Iyul
Azərbaycanın baş tikinti meydanı
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!