22 Oktyabr 2021 00:17
2414
Oxucu məktubları

18 yaşlı gəncin 3 il iş təcrübəsi ola bilərmi?!

 

Yeniyetmə və gənclərimizin son illər rastlaşdığı bir problem - işə qəbulla bağlı yaradılan süni əngəllər bir çoxları kimi, məni də narahat edir.  Belə ki, müxtəlif dövlət və özəl təşkilatlar gənclərin, işaxtaranların qarşısına lüzumsuz tələblər və şərtlər qoyurlar.

Ölkəmizdə rəsmi dövlət dili Azərbaycan dili olduğu halda işə qəbul olunmaq istəyənlərdən  bir neçə əcnəbi dili bilmələri və əmək fəaliyyətinə başlamamış gənclərdən isə üstəlik ən azı 3 illik iş təcrübəsi  tələb edilir. Qəribədir, 17-18 yaşında orta məktəbi təzəcə bitirən gəncin 3 il iş təcrübəsi haradandır, yaxud rus və ingilis dillərində necə mükəmməl danışa bilər?!

Hörmətli redaksiya, bu anormal hal bir vətəndaş olaraq məni çox narahat edir. Çox istərdim ki, qeyd etdiyim məsələ qəzet səhifələrində yer alsın. Bəlkə bundan sonra müvafiq orqanların diqqəti bu məsələyə cəlb oluna.

Hörmətlə, daimi oxucunuz

 

Səidə Zamanova,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video