03 Dekabr 2020 18:55
560
SİYASƏT
A- A+

ABŞ-ın “Journal News” qəzetində Azərbaycanın Ermənistan üzərində qələbəsinə dair məqalə dərc edilib


ABŞ-ın "Journal News” qəzetində Azərbaycanın Ermənistan üzərində qazandığı zəfərlə bağlı məqalə dərc edilib.

Məqalədə deyilir ki, Qarabağda altı həftəlik müharibəni bitirən razılaşmadan sonra Ermənistan ərazilərin Azərbaycana qaytarılmasını başa çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilər üzərində nəzarətin bərpasını tarixi zəfər adlandırdı. "Biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik... Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”, - deyə Prezident Əliyev xalqa müraciətində söyləyib.

Məqalədə 1990-cı illərdə Ermənistanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal etdiyi bildirilir. Qeyd edilir ki, sentyabrın 27-də başlayan 44 günlük şiddətli döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib.

Azərbaycanda hərbi əməliyyatların başa çatması ilə bağlı razılaşmanı qələbə kimi qeyd edildi, Ermənistanda isə kütləvi etirazlara səbəb oldu. Minlərlə erməni Yerevan küçələrinə çıxaraq baş nazir Nikol Paşinyanın istefasını tələb etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video