02 Dekabr 2020 22:50
777
SİYASƏT
A- A+

Ermənipərəst qüvvələr məğlubiyyətə uğrayıblar


Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsinin bu gün keçirilən iclasında erməni diasporu və ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç olub.

AZƏRTAC xəbər verir ki, ermənipərəst deputatların gündəmə gətirdiyi sabiq işğalçı rejimin tanınması, onunla "diplomatik əlaqələrin” qurulması və Azərbaycana qarşı tədbirlərin tətbiqi, Türkiyənin Avropa İttifaqı üzvlüyünə dair danışıqların dərhal dayandırılması və digər cəfəng çağırışları əks etdirən bütün təkliflər səsvermədə qəti şəkildə rədd edilib. Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsi parlament çoxluğunun regionda gələcək barışığa və sülhə yönəlik ismarıcları olan qətnamə layihəsini təsdiq edib. Qətnamə layihəsinin yekun mətninin gələcək plenar iclasların birində səsverməyə qoyulması gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video