01 Dekabr 2020 18:24
512
SİYASƏT
A- A+

Rusiyalı ekspert: Yerevanın avantürist planları daha baş tutmayacaq


Azərbaycan Respublikasının tərkibinə qaytarılmalı yeddi rayonun sonuncusu olan Laçın rayonunun qaytarılması münasibətilə Azərbaycan dövlətinin rəhbərliyini və Azərbaycan xalqını təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə "Rusiya zabitləri” ictimai təşkilatının ekspert şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə qondarma "DQR”in Ermənistan tərəfindən tanınmaması mövzusu müzakirə edilir. Ekspert deyib: "Cavabın çətinliyi yalnız ən sadə səmimiyyətin olmamasındadır. Heç vaxt olmayıb və olmayacaq ki, təcavüzkar dövlət başqa ölkənin işğal edilmiş ərazisini müstəqilliyini tanısın. İşğalçılara bircə o lazımdır ki, işğal edilmiş ərazi onların dövlətinin bir hissəsi kimi qəbul edilsin”.

Onun fikrincə, bu səbəbdən rəsmi Yerevana qondarma "DQR”i tanımaq heç vaxt lazım olmayıb. "Axı məhz bu, işğal edilmiş torpaqlara onun tərəfindən nəzarətin zəifləməsinə gətirib çıxara bilərdi. Ermənistanda Dağlıq Qarabağın və yeddi rayonun (bütün bunlar "Arsax” şərti adı altında) onların ölkəsinin bir hissəsi kimi beynəlxalq səviyyədə rəsmi tanınmasına nail olmağa ümid edirdilər.

A.Perenciyevin ehtimalına görə, məhz bu səbəbdən rəsmi Yerevanın niyyəti vardı ki, keçmiş DQMV-nin və onun ətrafındakı yeddi rayonun ərazisini hərbi güclə ağlasığmaz dərəcədə uzun müddət əldə saxlasın və sonra bəyan etsin: "Bu ərazi de-fakto artıq çoxdan Ermənistan Respublikasının hissəsinə çevrilib. Bunu de-yure rəsmiləşdirməyin zamanıdır”, - deyə.

Ekspert əlavə edib ki, bu səbəbdən Yerevan "Madrid prinsipləri”, "Lavrov planı” və s. bu kimi razılaşmaların maddələrinin icrasını yubadırdı. "İndi artıq nəticə çıxarmaq olar ki, bu razılaşmaların yerinə yetirilməsi Ermənistan rəhbərliyinin planlarına büsbütün daxil deyildi. Bu gün – 2020-ci il dekabrın 1-i sonuncu, yeddinci rayonun – Laçının Azərbaycan Respublikasının tərkibinə qaytarılmasını belə şərh etmək olar: Yerevanın avantürist planları daha baş tutmayacaq. Bu münasibətlə bağlı Azərbaycan rəhbərliyini və Azərbaycan xalqını təbrik edirəm!”, - deyə ekspert sonda vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video