01 Dekabr 2020 18:13
507
SİYASƏT
A- A+

Mübariz Qurbanlı: Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var


Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlərlə dinc şəraitdə yaşadıqları və tərəqqi etdikləri dünyəvi ölkədir. Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var. Müxtəlif dini icmalar ölkəmizin inkişafında fəal rol oynayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Fransanın "Musulmans en France” portalına müsahibəsində yer alıb.

Mübariz Qurbanlı deyib ki, dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında mühüm amildir. Tarixən çoxmədəniyyətli və tolerant ənənələrlə zəngin cəmiyyəti olan Azərbaycan dövləti bu ənənələri möhkəmləndirmək siyasətini həyata keçirir. Qeyri-müsəlman, xristian, yəhudi, bəhai və digər dini icmalar cəmiyyətimizin ayrılmaz hissəsidir. Bu icmalar ölkəmizin həyatında fəal rol oynayır. Onların kilsələri, sinaqoqları, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam qorunur.

Komitə sədri qeyd edib ki, Bakı mədəniyyətlərarası dialoq platformasına çevrilib. Azərbaycan Prezidentinin təşəbbüsü olan "Bakı Prosesi”ndən söz açan M.Qurbanlı onun İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasını bir araya gətirən yeganə dialoq platforması olduğunu vurğulayıb. O, Azərbaycanın mədəniyyət və dini tolerantlıq sahəsində ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışıb.

Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammiti haqqında məlumat verən sədr 5 qitənin müxtəlif dinlərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin məhz Azərbaycanın paytaxtında bir araya gəlmələrinin təsadüfi olmadığını bildirib.

Müsahibədə Azərbaycanda bütün dinlərə bərabər əsaslarda münasibət olduğu bildirilib. Ölkəmizdə dünyəvilik və dini dəyərlər arasında ideal tarazlıq olduğu vurğulanıb. Erməni mənşəli Azərbaycan vətəndaşlarının da digər etnik və dini azlıqlar kimi sülh və təhlükəsizlik şəraitində yaşadıqları və dini rituallarını həyata keçirdikləri qeyd olunub. Azərbaycanda guya erməni mədəni və dini abidələrinin dağıdılması ilə bağlı iddialara cavab olaraq bildirilib ki, bu, qətiyyən belə deyil. Əksinə, 30 il idi ki, erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərindəki mədəni və dini abidələr ermənilər tərəfindən dağıdılıb.

M.Qurbanlı Azərbaycanın xristian irsini təkcə sərhədləri daxilində deyil, ondan kənarda da restavrasiya edərək qoruduğu diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun xristian dini abidələrinin restavrasiyası sahəsində həyata keçirdiyi layihələrdən söz açıb.

Komitə sədri Ermənistan-Azərbaycan münaqişəsinin heç vaxt dini xarakterə malik olmadığını vurğulayıb. O bildirib ki, Qarabağda hər iki icmanın üzvləri əvvəllər olduğu kimi, Azərbaycan dövlətinin tamhüquqlu vətəndaşı kimi birlikdə yaşayacaqlar.

Müsahibənin sonunda M.Qurbanlı fransız siyasətçilərə üz tutaraq deyib: "Azərbaycana münasibətdə hər kəsi ədalətli olmağa və beynəlxalq hüquqa riayət etməyə səsləyirik. Çünki ədalətə və beynəlxalq hüquqa riayət olunarsa, yalnız Azərbaycan dəstəklənəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video