22:36 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Argentina şirkətləri “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:26 01.12.2020


Konfransda "Azexport” portalı və RTQ-nin rəhbərləri Ayxan Qədəşov və Məsumə Talıbova Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaradılan əlverişli biznes mühiti barədə xarici şirkətlərin nümayəndələrinə məlumatlar veriblər.

Qeyd olunub ki, "Azexport” portalı qısa zaman ərzində böyük uğurlar əldə edib və sahibkarlar üçün yeni, eləcə də innovativ imkanlar yaradıb. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə onlayn rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi üçün yaradılıb.

Konfransda RTQ tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə elektron və mobil-rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edə biləcəkləri qeyd olunub.

Argentina şirkətlərinin nümayəndəsi Jose Sabaliauskas isə Azərbaycanda yerli və xarici investorlara biznes üçün əlverişli mühitin yaradılmasından öz məmnunluğunu ifadə edib. O, bu imkanların Amerika-Asiya ticarət əlaqələrinin dayanıqlı və təhlükəsiz təşkili və tərəflər arasında təchizat zəncirinin təkmilləşdirilməsində müsbət rol oynayacağını bildirib.

Bununla yanaşı, J.Sabaliauskas təmsil etdiyi şirkətlərin Azərbaycanın coğrafi mövqeyindən və biznes üçün yaradılan imkanlardan istifadə edərək müəyyən kənd təsərrüfatı mallarının "Azexport” portalı vasitəsilə Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və digər region ölkələrinə ixracının həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Müzakirələrin yekununda "Azexport” portalı və RTQ-nin Argentina sahibkarlarına onlayn formada təqdim olunmasına dair razılıq əldə edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM