01:57 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kükrəyən sərvətimiz - Qarabağ atları
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:24 01.12.2020


Hər bir xalqın tarixində onun məxsus olduğu sərvətlərin mühüm rolu olub. Azərbaycan xalqının da bəxti onda gətirib ki, milli sərvətləri çoxdur. Milli sərvətlərimiz hətta dünyanı heyran qoyub. Belə əvəzedilməz sərvətlərimizdən biri də Qarabağ atlarıdır.

Bir çox tədqiqatlardan, müxtəlif tarixi mənbələrdən məlumdur ki, Qarabağ atları öz mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya dövrlərindəkilərin nəslindən, əsas etibarilə Nesey atlarından götürüb.

Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağ xanlarının atçılıq zavodlarının əvəzsiz rolu olub. Belə ki, Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalələrin nümayəndələrinə məxsus tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılıb. Qarabağ xanlarına məxsus zavodlarda əsasən 4 tipə aid atlar saxlanıb: Maymun, Qarnıyırtıq, Əlyetməz və Toxmaq. Əsasən dağ minik atları sayılanların süysününün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm, əldarağının çevrəsi 18,3 sm.-ə qədər olub.

Əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib olan bu atlar ilxı şəraitinə davamlılıqları ilə seçiliblər. Bir çox beynəlxalq sərgilərdə təmsil olunub, öncül yerlər tutan Qarabağ atlarının Avropada da alıcıları az deyildi.

Ərəb mənbələrində göstərilir ki, Azərbaycan atına İran, İraq və Suriyada da tələbat vardı. Bu atları Hindistana və Misirə aparırdılar. Azərbaycan ərazisinə yadellilərin hücumları atların taleyində də iz qoyub. Hər dəfə qəsbkarlar ölkədən çoxlu at aparıblar.

Xatırlatmaq yerinə düşərdi ki, 1867-ci ildə Fransada keçirilən sərgidə "Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlar alıb. 1869-cu ildə keçirilmiş Ümumrusiya At Sərgisində "Maymun” gümüş, "Toxmaq” bürünc medala, Xan qızı Natəvanın "Əlyetməz” adlı atı isə "Qırmızı attestat”a layiq görülüb.1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya "Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən hesab edilir.

XIX əsrin sonlarında Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, ölkənin çar Rusiyasının tərkib hissəsinə çevrilməsi, həmin dövrlərdə Rusiya, İngiltərə, İran və digər dövlətlərə atların, xüsusilə madyanların satılmasına da səbəb olub. Bunun nəticəsində Qarabağ atlarının zəifləməsi, XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrin bu prosesə təkan verməsi onlara yeni yanaşmanı, cinsin reabilitasiyasını ön plana çəkib.

XX əsrdə Qarabağ cinsinin tarixində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılmasıdır. Zavodun yaradılması zərurətinə gəlincə, 1946-cı ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin xarakterik əlamətlərini özündə saxlayan 60 Qarabağ atı, o cümlədən 59 madyan və 1 ayğır seçib. Bir ildən sonra həmin atlar mütəxəssislər tərəfindən baxışdan keçirilib. Onlardan 27 madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib. 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Yevlax rayonunun Xaldan quşçuluq sovxozuna gətirilib. Zavodun əsası burada qoyulub. Lakin bura atçılıq üçün heç də əlverişli olmayıb: yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağdakından xeyli fərqli idi. Ona görə də zavod 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndinə köçürülüb.

Ümumiyyətlə, Ağdam Atçılıq Zavodu Qarabağ atlarının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynayıb.

1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları da məcburi köçkünlük həyatı yaşadı.

Daşnak tör-töküntüləri, quldur ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar. Lakin Ağdamın işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıxarılaraq əvvəlcə rayonun Üçoğlan kəndinə, oradan Yevlaxdakı "Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra isə Bakı şəhərində Cıdır meydanına gətirilib. Hazırda bu atlar Ağcabədidə saxlanılır.

Ağdam Atçılıq Zavodunda saxlanılan atlardan hər il 30-40 bala alınır. Həmin balalar burada böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir, bir qismi məşq etdirilərək öyrədilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.

Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, ölkəmizdə atçılığın inkişafını təmin etmək üçün ciddi işlər görülüb. 2007-ci ildə "Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident

İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb, "Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib. Ağcabədi rayonunun Xamtorpaq ərazisində Qarabağ atlarının saxlanılması üçün xüsusi kompleks yaradılıb.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM