01 Dekabr 2020 00:22
739
SİYASƏT
A- A+

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb


Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəmdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə Türk əməkdaşlıq təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəal şəkildə Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi məmnunluqla qeyd edib. Nazir, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, eləcə də Fondla ölkəmizin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib.

Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Günay Əfəndiyeva Fondun bir sıra nəşrlərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işıq üzü görən markaları nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video