21:27 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qar həm də bolluq və təmizlikdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:21 01.12.2020


Payız başlayandan başımız elə qarışdı ki, onun necə ötdüyünü belə, bilmədik. Vətən müharibəsi, ordumuzun zəfərləri payıza bir bahar ruhu qatdı. İçimizdəki qürur, hünər duyğusu soyumağa başlayan havaları payız günəşinin şəfəqləri ilə qızdırdı.

Azad edilən torpaqların sevinci ruhumuz kimi, havanı da isitdi. Çünki Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçının azad edilməsi payızın bəxtinə düşdü. 2020-ci ilin payızı beləcə Azərbaycan üçün düşərli oldu.

Amma unutmayaq ki, payız artıq yerini qışa verir. Qışın da gəlişi qar, soyuq və qırov təşnəli havalarla müşahidə edilir. Ölkəmizin müxtəlif yerlərində qış eyni tərzdə keçmir. Dağlıq ərazilərdə havalar daha tez soyuyur.

Budur, Qubaya qar yağmaqdadır. Əvvəlki illərdə olduğundan bir az gec yağsa da, irad tutmağın yeri yoxdur. Təki bərəkətli olsun.

Kəndlinin qışı da yaz kimidir, hətta qarlı, şaxtalı günlərdə də əli işdən soyumur. Yetişdirdiyini yığır, növbəti məhsulun "təməl”ini qoyur, qışa tədarükünü görür, mal-qarasını ağ fəsildən salamat çıxarmaq üçün çalışır. Bir sözlə, başını qaşımağa vaxtı qalmır.

Qar Qarabağa da qələbəmizdən sonra düşdü. Necə deyərlər, Qarabağdan namərd izini təmizləməyə bizimlə birlikdə təbiət də başladı. Təmizlə, neçə illərin çirkini, bərəkət rəmzi! Təmizlə ki, qarşıdan gələn illərimiz paklığa çıxsın.

Akif ƏLİYEV,

"Azərbaycan


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM