22:12 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verildi
ANA SƏHİFƏ / ELANLAR
00:20 01.12.2020


"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Prezident İlham Əliyevin martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq, QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən "Çovdar” Filiz Emalı Sahəsinin bazasında "Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınmışdır.

"AzerGold” QSC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, layihənin icrası ilə tanışlıq məqsədilə noyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və iqtisadiyyat nazirinin müavini, "AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf "Çovdar” Filiz Emalı Sahəsində olublar.

"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov layihə barədə ətraflı məlumat verib. O, qeyd edib ki, emal sahəsinin yaradılmasının əsas məqsədi istehsal prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsidir. ÇİRES-in fəaliyyəti layihələrin kapital və əməliyyat xərclərinin azaldılması, istehsal proseslərinin davamlılığının təmin edilməsi ilə yanaşı, həm də ətraf mühitə təsirlərin azaldılması və bölgədə iqtisadi fəallığın artırılmasına xidmət edir.

Tədbirdə layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə "AzerGold”un geoloqları tərəfindən "Çovdar” yatağının yaxınlığında kəşf edilən və cari ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faydalı qazıntı ehtiyatları üzrə dövlət balansına daxil edilən "Ağyoxuş”un istismara verilməsi üzrə görülən işlər barədə geniş bəhs edilib. Qeyd edilib ki, hazırda "Ağyoxuş” yatağının birinci mərhələsi ("Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. "Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan "Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.

Zakir İbrahimovun sözlərinə görə, "Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq ("Ağyoxuş 1”, "Ağyoxuş 2” və "Ağyoxuş 3”) və bütün mərhələlərin icrası "Çovdar” İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. 2022-ci ilin sonuna qədər "Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı, "Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - "Mərəh”, "Tülallar”, "Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində "Ağyoxuş” yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün "Çovdar” sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.

Qeyd edək ki, "Ağyoxuş” layihəsinin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yatağın bütün mərhələlərinin istismarı çərçivəsində 100-dən çox daimi iş yerinin açılması planlaşdırılır.



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM