21:35 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) aşağıdakı LOT-lar üzrə açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir
ANA SƏHİFƏ / ELANLAR
00:19 01.12.2020


1. Qaz vasitəsilə avtomatik yanğınsöndürmə qurğularına (FM200) texniki xidmətin satın alınması;

2. Ümumi soyutma qurğularına (Chiller) texniki xidmətin satın alınması;

3. Bayraqlara və bayraq dirəklərinə texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması;

4. Sutəmizləyici qurğulara (sərfiyyat materialları daxil olmaqla) texniki xidmətin satın alınması;

5. Su nasoslarına texniki xidmətin satın alınması;

6. Generatorlara texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması;

7. Zəlzələ və hər növ vibrasiya bildirici detektorların satın alınması.

İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar Qaz vasitəsilə avtomatik yanğınsöndürmə qurğularına (FM200), Bayraqlara və bayraq dirəklərinə, Su nasoslarına texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) və Zəlzələ və hər növ vibrasiya bildirici detektorların satın alınması üçün 50 AZN, Ümumi soyutma qurğularına (Chiller), Sutəmizləyici qurğulara və Generatorlara texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması üçün isə 100 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən "ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-in qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami ra

yonu, Heydər Əliyev prospekti, 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bIk: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 21 dekabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 29 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 30 dekabr 2020-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM