01:46 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyədə ay ərzində 34 antiterror əməliyyatı keçirilib, 80 terrorçu zərərsizləşdirilib
ANA SƏHİFƏ / DÜNYA
18:01 30.11.2020

Türkiyə Silahlı Qüvvələri son bir ay ərzində 34 antiterror əməliyyatı həyata keçiriblər ki, bunlardan da səkkizi irimiqyaslı olub. Bu əməliyyatlar çərçivəsində 80 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Kara məlumat verib.

"Türkiyə hərbçiləri terrorizmin bütün təzahürlərinə qarşı sutkada 24 saat və istənilən şəraitdə qətiyyətli mübarizə aparmaqda davam edir. Son bir ay ərzində Türkiyənin sərhədini qanunsuz keçmək istəyən 6863 nəfər saxlanılıb. Onların arasında terror təşkilatlarının 52 üzvü, o cümlədən FETÖ - nin 35 üzvü var", - deyə Kara bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM