22:50 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali məhkəmələri sədrlərinin konfransı keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:56 30.11.2020

Noyabrın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin və "CEELI Institute”un birgə təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali məhkəmələri sədrlərinin "Pandemiya dövründə məhkəmə fəaliyyətinin idarə edilməsi” mövzusunda videokonfransı keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində əsas məqsəd pandemiya dövründə məhkəmələrin xüsusi rejimdə fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli və müasir informasiya texnologiya və innovasiyaların tətbiqi barədə təcrübələrin paylaşılması olub.

Konfransın açılış mərasimində Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 1990-cı illərin əvvəllərində hərbi təcavüzə başladığını və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal etdiyini, bunun nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Ali Məhkəmənin sədri qeyd edib ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər aparıcı beynəlxalq təşkilatlarının qərarlarına məhəl qoymayaraq işğalda saxladığı torpaqlarımızı azad etməyib. 1994-cü ildə atəşkəs rejiminə nail olunduqdan sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası ATƏT-in Minsk qrupuna həvalə edilib. Lakin sülh danışıqlarında Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyərək münaqişənin dinc yolla həllini uzadıb və status-kvonu qoruyub saxlamağa çalışıb. Otuz il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin pik həddi isə bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və eləcə də yaşayış məntəqələrimizi və mülki əhalini qəsdən və məqsədyönlü şəkildə atəşə tutaraq təmas xətti boyunca Azərbaycana qarşı genişmiqyaslı hərbi kampaniyaya başlaması olub.

Ali Məhkəmə sədrlərinin diqqətinə çatdırılib ki, Ermənistan silahlı qüvvələri intensiv döyüşlər getdiyi dövrdə tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmalarını hər dəfə kobudcasına pozaraq münaqişə zonasından uzaqda yerləşən şəhərlərin sıx məskunlaşdığı əraziləri və orda məskunlaşan dinc əhalini qəsdən hədəfə almaqla beynəlxalq humanitar hüquq normalarında qadağan olunmuş kasetli və fosforlu bombalardan, ballistik raketlərdən istifadə edib. Mülki əhaliyə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən bu hücumlar beynəlxalq insan hüquqları təşkilatlarının yayımladığı hesabatlarda geniş şəkildə sənədləşdirilib. Nəticədə 27-si qadın və 11-i uşaq olmaqla 100-ə yaxın mülki şəxs həlak olub və 400-dən çox insanın yaralanıb. İnsan itkiləri ilə yanaşı, mülki infrastruktura ciddi ziyan dəyib.

Buna cavab olaraq, Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərindəki suveren hüquqlarını və beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmək məqsədilə BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi üçün əks-həmlə əməliyyatlarına başlayıb. Əks-həmlə əməliyyatları nəticəsində Azərbaycanın silahlı qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri də daxil olmaqla, çoxlu sayda yaşayış məntəqəsini erməni işğalından azad edib.

Doğma torpaqları uğrunda və yalnız öz ərazilərində vuruşan ordumuzun uğurlu əks-hücumu nəticəsində uzun illər işğal altında qalan şəhər və rayonların azad olunmasını bildirən Ali Məhkəmənin sədri noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin birgə imzaladığı, işğal olunmuş ərazilərin geri qaytarılması, münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatı iştirakçıların diqqətinə çatdırıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən işlər, məhkəmələrdə pandemiyaya qarşı zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi haqqında konfrans iştirakçılarına məlumat verib. Eləcə də konfransda müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin gücləndirilməsi prosesi, məhkəmə müstəqilliyi və şəffaflığı və ədalət mühakiməsinə əlçatanlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müzakirə olunan mövzularla bağlı diskussiyalarda iştirak edərək ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə məhkəmə-hüquq sistemində həyata keçirilən fundamental islahatlar barədə danışıb. Eləcə də COVID-19 qlobal pandemiyasının qanunun aliliyinə və ədalət mühakiməsinə təsirini, pandemiya dövründə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən görülən tədbirləri, xüsusi rejim şəraitində məhkəmələrin fəaliyyətinin təşkilini və vətəndaşların məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqini iştirakçıların diqqətinə çatdırıb.

Konfransda Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali məhkəmələrinin sədrləri pandemiya şəraitində ölkələrində məhkəmələrin üzləşdiyi problemlər, onların həlli və məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə tətbiq olunan müasir informasiya texnologiya və innovasiyalar haqqında çıxış ediblər.

Faydalı fikir mübadiləsi zamanı COVID-19 qlobal pandemiyası dövründə Azərbaycanın əldə etdiyi məhkəmə təcrübəsinə böyük maraq göstərilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM