01:35 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri yeni mənzillərlə təmin edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:53 30.11.2020

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbənin sevincini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı sahəsində də mühüm addımlar atılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 107 mənzil və fərdi ev, o cümlədən Gəncə şəhərində 50 mənzil və müxtəlif bölgələrdə 57 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

Gəncədə mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə Şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Bu zəfər, Azərbaycan əsgər və zabitlərinin şücaətlərlə zəngin uğurlu hərbi əməliyyatları, düşmənə sarsıdıcı zərbələr endirməsi və qısa bir vaxtda qələbəni təmin etməsi dünya hərb tarixinə həkk olunub. Azərbaycan təkcə hərbi sahədə deyil, eyni zamanda, diplomatiya, siyasət sahəsində də qalib ölkə oldu.

Bu qələbə ovqatlı günlərimizdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə qayğı da davam edir. Həmin kateqoriyadan olan vətəndaşlar üçün cari ildə rekord sayda, 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir. İndiyədək isə 8558 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Yeni mənzil alan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri bu gün qalib dövlətin vətəndaşları olaraq hər birinin sonsuz fərəh və qürur içində olduqlarını, Ali Baş Komandanımızla fəxr etdiklərini deyib, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini qeyd ediblər. Bildiriblər ki, Azərbaycanın bu qələbəsinə, doğma Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu da sevinir.

Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm qələbə sevinci bəxş etdiyinə və hər zaman həssas qruplara xüsusi qayğı göstərdiyinə, bu gün isə onlara yeni mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM