22:04 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ANAMA: İşğaldan azad olunmuş ərazilər təmizlənəcək və vətəndaşlarımızın doğma yurdlarına qayıtmalarına şərait yaradılacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:50 30.11.2020

İşğaldan azad olunmuş ərazilər qısa müddətdə minalardan təmizlənəcək və vətəndaşlarımızın həmin ərazilərə getmələri üçün şərait yaradılacaq. Əhalinin doğma torpaqlarına, evlərinə, dədə-baba yurdlarına qayıtmaları üçün şərait yaradıldıqdan sonra onların bu əraziləri ziyarət etmələrinə icazə veriləcək. Hazırda işğaldan azad olunmuş ərazilərə nəzarət edilir, yollarda polis tərəfindən mühafizə zolaqları və postlar qurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov

noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.

İ.İsmayılov bildirib ki, bu ərazilər çox böyükdür. Şəxsi kontingent zəruri tədbirləri həyata keçirir. Əhalidən xahiş edirik ki, həmin ərazilərə getməsinlər. Bu, onların özləri və ailələri üçün təhlükəlidir. Biz bu ərazilərə nəzarət etmək üçün əlimizdən gələni edirik, polis tərəfindən nəzarət edilir. Amma oraya gedən insanlar dağlardan, digər yollardan istifadə etdikləri üçün buna nəzarət etmək çox çətindir. Həmçinin Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanıb. Bu istiqamətdə işlər davam edir. Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını demək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir və partlayıcı maddələr əsasən əllə təmizlənir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM