01:08 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pakistan Senatının üzvü, “Camaat-e-İslami Pakistan” Partiyasının sədri Sirac ul Haqdan
ANA SƏHİFƏ / MƏKTUBLAR
17:42 30.11.2020
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan ilə Ermənistan arasındakı müharibənin dayandırılması ilə bağlı atəşkəs razılaşmasının imzalanması Pakistan İslam Respublikasının xalqı tərəfindən də böyük məmnunluqla qarşılandı. Bu, Azərbaycanda sülh və tərəqqi üçün yeni imkanlar yaradacaq.

Həmçinin Şuşa şəhərinin və işğal altında olan digər dörd rayonun Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi, Ermənistanın işğal etdiyi digər rayonları qaytarmağa razılıq verməsi də böyük məmnunluq doğurur. Bütün bunlara görə şəxsən öz adımdan, "Camaat-e-İslami Pakistan”ın üzvləri və Pakistan xalqı adından Sizi, hökumətinizi və Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Sirac ul Haq,
"Camaat-e-İslami Pakistan” Partiyasının sədri,
Pakistan Senatının üzvü


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM