11:52 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Qobu”dan doğan işıq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:53 28.11.2020


Bu layihə enerji sistemində bir mənbədən asılılığı aradan qaldıracaq, bölgələrdəki stansiyaların paytaxta yönəldilən yükünü azaldacaq


Bütün dünyada elektrik enerjisinə tələbat getdikcə artır. Təbii ki, həyata keçirilən sənayeləşmə prosesi, əhalinin artım tempi, sosial infrastrukturun genişlənməsi, insanların yaşayış səviyyəsinin yüksəlməsi Azərbaycanda da elektroenergetika sektorunun daim inkişaf etdirilməsi vəzifəsini qarşıya qoyur.

Uzun illərdir işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra elektrik enerjisinə tələbatın çoxalması bu sistemdə aparılan tikinti və yenidənqurma işlərinin daha da sürətləndirilməsini şərtləndirir.

Bu baxımdan tikilməkdə olan 1000 meqavat yükötürmə gücündə 330, 220, 110 kilovoltluq "Qobu” yarımstansiyası və 385 meqavatlıq "Qobu” elektrik stansiyası mühüm əhəmiyyət kəsb edir. Belə ki, "Qobu” enerji layihəsi Bakının və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdıracaq. Bununla ölkənin enerji sistemində bir mənbədən asılılıq aradan qaldırılmış olacaq. Yəni regionlardakı elektrik stansiyalarının Bakıya yönəldilən yükü azalacaq. Həmin stansiyalarda istehsal olunan enerji bölgələrin ehtiyacına sərf ediləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il avqustun 21-də yarımstansiyanın tikintisi ilə tanış olmuş və elektrik stansiyasının təməlini qoymuşdur. Həmin tədbirdə dövlət başçısı demişdir: "Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz I növbədə bu məsələ ilə məşğul olmağa başlamışdıq. Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarınn tikintisi xüsusi nəzərə alınmışdır. O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib... Bu stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyəyə çatdıra bilməzdik”.

"Qobu” layihəsinin həyata keçirilməsi görülmüş bu genişmiqyaslı işlərin davamıdır. Yaradılan yeni mənbə Abşeron enerji sistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq. "Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, o, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq. Ən başlıcası, yeni obyekt ölkənin strateji yarımstansiyası olan 500 kilovoltluq "Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. Bir neçə il əvvəl "Mingəçevir” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Bakı şəhərinin, Abşeron yarımadasının və ölkəmizin bir sıra digər bölgələrinin işıqsız qaldığı hamının yadındadır. Ona görə də "Qobu” layihəsinın məhz Abşeron yarımadasında reallaşması, həmçinin qəzalardan sığortalanmaq deməkdir.

Bu obyektlər, eləcə də yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi müəssisələrinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq "Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq.

Layihənin icrası digər bir vacib məsələdə də əhəmiyyəti ilə seçilir. Belə ki, "Qobu” elektrik stansiyasının və "Qobu” yarımstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.

Odur ki, "Azərenerji” ASC-nin layihə çərçivəsində tikinti işlərini intensivləşdirilməsi də təsadüfi deyil. Artıq elektrik stansiyasının hər 3 maşın zalının yeraltı kommunikasiya xətlərində aparılan işlər tamamlanıb, 7 blok transformatorunun yeraltı əlaqələnmə xətləri çəkilib, su, drenaj, qaz boruları atılıb, metal-konstruksiya işləri davam edir. Yarımstansiyada isə işlərin çox hissəsi, o cümlədən metal-konstruksiya işləri başa çatıb, hazırda avadanlıqların montajı aparılır. Yeni idarəetmə binası tikilib və binanın montaj işləri davam edir. Eyni zamanda müasir standartlara cavab verəcək tədris və yataqxana binasının inşası həyata keçirilir.

"Qobu” layihəsinin enerji sistemi ilə inteqrasiyası üçün çəkilən yüksəkgərginlikli xətlərin inşası da sürətlə gedir. Stansiya və yarımstansiyada işlərin 2022-ci ilin əvvəlində yekunlaşması nəzərdə tutulmuşdu. Lakin layihənin vaxtından bir qədər də tez - gələn ilin sonuna qədər tamamlanması gözlənilir.

Bütövlükdə bu layihənin böyük əhəmiyyəti var. Çünki ən müasir texnologiyaların tətbiq ediləcəyi yeni stansiya və yarımstansiyanın timsalında da ölkəmizin enerji sisteminin böyük inkişaf dövrü yaşadığı aydın görünür. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir. Bu sistemin inkişafı olmadan istənilən ölkədə ümumü tərəqqidən söhbət gedə bilməz. Odur ki, elektroenergetikamızın inkişafı müasir Azərbaycanın ümumi inkişafının göstəricisidir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM