10:52 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:29 28.11.2020


Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunda koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə sakinlər arasında maarifləndirmə tədbirləri davam etdirilir.

Şəhər icra hakimiyyəti tərəfindən yaradılan mobil qrupların əhali arasında apardığı ictimai maarifləndirmə tədbirlərinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyinin könüllüləri də həvəslə qoşulublar. Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 27-də keçirilən növbəti maarifləndirici aksiya zamanı gənclər icra hakimiyyəti tərəfindən hazırlanan və üzərində "Virusdan qorunmaq əlimizdədir”, "Koronavirusdan qorunmaq qaydaları”, "Məsafə saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış reklam plakatlarını əhalinin sıx toplaşdığı məkanların, ticarət obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına yapışdırıblar.

Şəkidə belə maarifləndirici tədbirlər davamlı xarakter daşıyır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM