11:20 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İranın ən məşhur alimi sui-qəsdin qurbanı olub
ANA SƏHİFƏ / DÜNYA
00:00 28.11.2020

Noyabrın 27-də İranın Müdafiə Nazirliyinin tədqiqat və innovasiya idarəsinin rəhbəri Möhsün Fəxrizadəyə qarşı sui-qəsd həyata keçirilib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, axşam işdən çıxaraq evə yola düşən M. Fəxrizadənin xidməti avtomobilinə silahlı hücum olub. Avtomat silahdan açılan atəş M. Fəxrizadəni ağır yaralayıb. Təcili olaraq onu Dəmavənd xəstəxanasına çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, M. Fəxrizadə həyatını itirib.

Qeyd edək ki, M. Fəxrizadə nəinki İranda, eləcə də dünyada tanınmış alimlərdən biridir. Onun nüvə fizikası sahəsindəki araşdırmaları alimlərlə yanaşı, dövlətləri də maraqlandırıb. ABŞ-da dərc olunan "Foreng Policy” jurnalının reytinqində İranın 5 əsas nüvə alimindən biri olan M. Fəxrizadəyə qarşı da sanksiya tətbiq olunmuşdu.

İran rəsmiləri artıq məsələyə münasibət bildiriblər. Xarici işlər naziri Məhəmməd Cavad Zərif hadisəni qabaqcadan hazırlanmış terror aksiyası kimi qiymətləndirib və M. Fəxrizadənin şəhid olduğunu bildirib. Nəzərə çatdırıb ki, bu terror aksiyası ətraflı araşdırılacaq.ное поле


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM