11:23 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İndoneziya mətbuatı Azərbaycanın Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibəti ilə bağlı məlumatlara geniş yer ayırıb
ANA SƏHİFƏ / SİYASƏT
19:43 27.11.2020

Noyabrın 27-də İndoneziya mətbuatı Azərbaycanın rəsmi qurumlarının Fransa senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibətini əks etdirən məlumatlara geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, İndoneziyanın nüfuzlu "Republika” qəzeti, "dunia.rmol.id”, "international.sindonews.com” və "kompas.com” saytları Azərbaycan rəsmi qurumlarına istinadla Fransa Senatının qəbul etdiyi "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməsinin qərəzli və təxribat xarakterli olması barədə xəbərlər yayıblar.

"Republika” qəzetinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı əsasında yaydığı məlumatda deyilir: "Fransa senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb”.

Azərbaycan XİN-in bəyanatına əsasən bildirilir ki, Fransada yaşayan ermənilər, ilk növbədə, Qarabağ münaqişəsindən seçki məqsədləri üçün istifadə etməyə çalışırlar. Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi yalnız təxribat kimi qiymətləndirilə bilər.

Bəyanatda, həmçinin bildirilir ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin sənədin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliyini ciddi şübhə altına alır.

Xəbərdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə də məlumat verilir. Qeyd edilir ki, ötən əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının dağılmasından istifadə edən Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf rayonları işğal edib.

Tərəflər arasında son qarşıdurma Ermənistanın mülki əhaliyə qarşı təxribatından sonra sentyabrın 27-də başlayıb. Altı həftə davam edən müharibə Rusiyanın vasitəçiliyi ilə dayandırılıb və Azərbaycan işğal altında olan torpaqlarını azad edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM