27 Noyabr 2020 19:40
450
SİYASƏT
A- A+

Moldova mətbuatı Azərbaycanın Fransa Senatının qərəzli qətnaməsinə etirazından yazır


Moldova mətbuatı Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı Azərbaycanın etirazına dair məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, Moldovanın "NOİ.md”, "Disug.md”, "Point.md”, "eNews.md”, "AVA.md”, "İPN.md” və digər informasiya portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibətinə, Milli Məclisdə bununla bağlı müzakirə olunan məsələlərə diqqət çəkilib.

Məqalələrdə H.Hacıyevə istinadla qeyd edilir: "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur”.

Bundan başqa, yazılarda Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının qəbul olunması, Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması kimi fikirlər də yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video