10:46 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ərəb mətbuatı ermənilərin Kəlbəcərdə evləri və meşələri yandırmasından yazıb
ANA SƏHİFƏ / SİYASƏT
19:27 27.11.2020

Ərəb KİV-lərində ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda evləri və meşələri yandırması barədə xəbərlər dərc edilib.

AZƏRTAC xəbər verir ki, "Əl-Ərəbiyyə” telekanalının saytında yayılmış materialda noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanatdan sonra azad edilən ərazilərin dağıdıldığı, Kəlbəcərdə 30 ilə yaxın müddətdə yaşamış ermənilərin tərk etdikləri evləri və meşələri yandırması qeyd olunur. Vurğulanır ki, Ağdam rayonunda işğalçılar tərəfindən xaraba qoyulmuş məscidi ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev bütün mülki obyektlərin və infrastrukturun tezliklə bərpa ediləcəyini bildirib.

"Arabnews” qəzetində dərc edilmiş məqalədə də Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması, bundan əvvəl azərbaycanlıların humanizm prinsipindən çıxış edərək daha 10 gün möhlət verdikləri ermənilərin evləri və meşələri yandırdıqları bildirilir. Diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa son müraciətində Ermənistanın terrorçu dövlət olduğunu bəyan edib. Əlavə edib ki, mülki insanlara qarşı soyqırımı, tarixi abidələrin məhv edilməsi, meşələrin yandırılması və ağacların kəsilməsi, su kəmərlərinin və digər infrastrukturun sıradan çıxarılması buna əyani sübutdur.

Misirin "Əl-Vəsilə”, "Nile1”, "Elghad” informasiya portalları və "Asiaelyoum” və İordaniyanın "Nayrouz” informasiya agentlikləri də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti barədə xəbərlər yayıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM